Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:29

İlham Şaban: İstehlakçıdan 1 qəpiyi o kreditləri qaytarmaq üçün alırlar


İlham Şaban
İlham Şaban

-

"Hökumətin arqumenti əsaslı deyil. Tarif Şurasının qərarında deyilir ki, qiymətləri qaldırmağa səbəb bu sektorda çalışan 18 min nəfərin həyat şəraitini yaxşılaşdırmaq, eləcə də elektrik enerjisinin keyfiyyətini yaxşılaşdırmaqdır: Əsla belə fikirləşmirəm. 2007-ci ildə də elektrik enerjisinin qiyməti 3 dəfə qalxmışdı, amma bunun faydası olmadı və keyfiyyət yaxşılaşmadı”.

Bunu Tarif Şurasının işıq pulunu artırmaq qərarını şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Azadlıq Radiosuna deyib.

Onun sözlərinə görə, indiyəcən sözügedən sahəyə büdcədən böyük pullar ayrılıb və əgər bununla keyfiyyəti artırmaq mümkün olsaydı, indiyəcən artırılardı.

İlham Şaban hesab edir ki, işıqpulunun artması başqa mal və məhsulların da qiymətinə təsir edəcək. Cüzi də olsa, başqa malların da qiyməti qalxacaq.

“İndi də olmasa, gələcəkdə biz bu artımı hiss edəcəyik. Bu pul adamların cibindən gedəcək. O adamların ki, əməkhaqları faktiki olaraq artmır. Neftin qiymətinin azalması dövlətin və onun qurumlarının gəlirlərinin azalması deməkdir. Onların vergi yükü çox olduğundan krediti yükünü qaldırmaq çətinləşib. Hesab edirəm ki, istehlakçıdan 1 qəpiyi kredit yükünün qaytarılması üçün alırlar”.

"Azərenerji"nin 1 milyarddan çox borcu var.

"Azərişıq" isə Asiya İnkişaf Bankından 750 milyon dollar kredit almağa hazırlaşır.

İlham Şaban hesab edir ki, hökumət elektrik enerjisinin istehsalı ilə bağlı idarəçiliyi yaxşılaşdırmalıdır.

XS
SM
MD
LG