Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:18

W.Churchill: Britaniya Avropa ilə açıq dəniz arasında seçim etməli olsa


İngiltərənin baş naziri olmuş siyasətçi və yazıçı Uinston Çörçil
İngiltərənin baş naziri olmuş siyasətçi və yazıçı Uinston Çörçil

"Əgər Britaniya Avropa ilə açıq dəniz arasında seçim etməli olsa"

Bu günlərdə gündəmi məşğul edən əsas məsələlərdən biri də Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq istəyidir. Belə ki, Britaniya əhalisinin çoxu Avropa Birliyindən çıxmağa səs verdi. Bütün dünyanı şoka salmış hadisə, Britaniya ilə Avropa arasında münasibətlərin yeni mərhələsinə gətirib çıxardı. Oxu Zalı tanınmış yazarların, siyasətçilərin ingilislər üçün inteqrasiyanın çətinliyi, milli özünüdərk və bir-birindən ayrı yaşamağın mümkünsüzlüyü haqda deyimlərini yada salır.

İngiltərənin baş naziri olmuş, siyasətçi və yazar Uinston Çörçil
İngiltərənin baş naziri olmuş, siyasətçi və yazar Uinston Çörçil

“Bizim öz arzularımız və hədəflərimiz var. Biz Avropa ilə birlikdəyik, amma bizim vahid birlik olduğumuz deyilə bilməz. Biz birləşmişik amma iç-içə deyilik. Biz iştirakda maraqlıyıq, qarışmaqda yox. Əgər Britaniya Avropa ilə açıq dəniz arasında seçim etməli olsa, həmişə açıq dənizi seçəcək”, - 1940-1945 və 1951-1955-ci illərdə Böyük Britaniyanın Baş naziri olmuş siyasətçi və yazıçı Winston Churchill

***

İngilis yazıçısı Corc Oruel
İngilis yazıçısı Corc Oruel

“Birinci Dünya müharibəsi illərində ingilis işçiləri ilə əcnəbilər arasında yaxınlaşma görünməmiş dərəcədə artmışdı. İngilislərin Avropaya ixrac etdiyi yeganə şey bütün avropalılara nifrətdir, bircə almanlar münasibətdə fərqlidirlər, çünki həmişə almanların cəsarətinə heyranlıqla tamaşa ediblər. Dörd il fransız torpaqlarında qaldılar, amma dadlı şərab hazırlamağı öyrənə bilmədilər. İngilislərin təcrid olunaraq yaşaması, xariciləri ciddi qəbul etməmələri zaman-zaman bədəlini ağır ödədikləri axmaq xüsusiyyətləridir. Ancaq bu ingilis bilməcəsinin bir parçasıdır. Bu xəstəliyi aradan qaldırmağa çalışan ingilis intellektuallar isə xalqa xeyirdən çox ziyan vurublar. Mahiyyətcə bu ingilislərin turistlərdən yan gəzmək və işğalçıları qovub öz torpağından çıxarmaq kimi xüsusiyyətlərinin də əsasında dayanır”, yazıçı George Orwell.

***

Fransanın prezidenti olmuş Şarl De Qol
Fransanın prezidenti olmuş Şarl De Qol

““Ümumi bazar” deyilən bir şey var, bizimçün burda elə bir problem yoxdur, amma sizinçün var: siz elə istəyirsiniz ki, o bazarda ancaq özünüz olasınız və bu sizin probleminizdir”, - Fransanın prezidenti Charles de Gaulle Böyük Britaniyanın Avropa İqtisadi Birliyinə üzvlük məsələsinə belə reaksiya vermişdi. General de Gauelle 1960-larda Britaniyanın AİB-ə üzvlüyünə veto qoymuşdu.

***

İngiltərənin baş naziri olmuş Marqaret Tetçer
İngiltərənin baş naziri olmuş Marqaret Tetçer

“Bizim yatırıma xərclədiyimiz hər iki funtdan ancaq biri sonradan özümüzə qayıdır. Biz Avropa İqtisadi Birliyindən əlavə pul istəmirik. Biz öz pulumuzu geri istəyirik!” – Margaret Thatcherin 1979-cu il Dublində AİB-in sammiti zamanı nitqindən.

“Avropa nə qədər çox birləşməmiş qalsa, bir o qədər dünya hakimiyyətinin ortaya çıxması xəyal olaraq qalacaq. Əgər Avropa mümkün qədər tez birləşməsə bu ideya gerçəkləşməmiş qalacaq”, - Winston Churchill

***

İngilis yazıçısı Doris Lessinq
İngilis yazıçısı Doris Lessinq

“Mən balaca qız uşağı olanda, Britaniya İmperiyasının çökməsi və adi dövlətlərdən birinə çevrilmə ideyası ağlagəlməz bir şey idi. Ancaq bütün imperiyalar kimi, o da çökdü”, - yazıçı Doris Lessing

***

İngiltərənin baş naziri olmuş Toni Bleyir
İngiltərənin baş naziri olmuş Toni Bleyir

“Britaniyanın faciəsi ondadır ki, ölkəni idarə edən hər iki partiya avropaya inteqrasiyanın faydalarını nə onda 1950-ci illərdə, nə də indi dəyərləndirə bilməyib. Beləliklə onlar Britaniyanın öz maraqlarına zərbə vurublar”, - 1997-2007-i illər arası Böyük Britaniyanın baş naziri olmuş Tony Blair

XS
SM
MD
LG