Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:22

'Bilmirəm məni niyə həbs ediblər' - Villa işi


"Dostluq" parkı söküntüdən sonra
Gözlə

No media source currently available

0:00 0:14:15 0:00

"Dostluq" parkı söküntüdən sonra

►Təqsirləndirilən: “Bu işdə heç kimlə əlbir olmamışam. Yeganə günahım şəxsiyyət vəsiqələrinin surətini vermək olub”

"Mənim heç bir günahım yoxdur. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər müəllim zəng eləyib dedi ki, "yaxın adamlarından bir neçə nəfərin şəxsiyyət vəsiqəsinin surətini bizə çatdır". Mən də işimi itirməmək üçün onun dediklərini elədim".

Bunu ötən il prezidentin göstərişilə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun çal-çağırla sökdürdüyü villaların yerləşdiyi torpaqların satışına görə həbs olunan Famil Quliyev məhkəmədə deyib. Famil Quliyev Mənzil-İstismar Sahəsinin rəisi olub.

Onun, eləcə də bu iş üzrə həbs olunmuş daha iki nəfərin - Səbail rayonu Bibiheybət bələdiyyəsinin sabiq baş memarı Etibar Məmmədov və daşınmaz əmlak alqı-satqısı ilə məşğul olmuş Tərlan Hüseynovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İyunun 23-də keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər ifadə veriblər.

“HEÇ NƏDƏN XƏBƏRİM YOXDUR”

Etibar Məmmədov ifadəsində deyib ki, heç bir günahı yoxdur: "Düzü, heç bilmirəm ki, məni niyə həbs ediblər?"

____________________________________________________________

Bunlara da bax:
«Dollar 1 manat 80 qəpiyə qədər bahalaşacaq»
Abid Şrifov: 'Onlar guya tarixi abidədir'

____________________________________________________________

Famil Quliyev də həbsinin səbəbinin ona aydın olmadığını bildirib. Qeyd edib ki, yeganə günahı Səbail rayonunun icra başçısının müavini Yavər Allahverdiyevin göstərişinə əməl etməsi olub:

"Saxta möhürdən, ştampdan – heç nədən xəbərim yoxdur. Mənə Yavər müəllim zəng eləyib dedi ki, "yaxın adamlarından bir neçə nəfərin şəxsiyyət vəsiqəsinin surətini bizə çatdır". Mən də işimi itirməməkdən ötrü onun dediklərini elədim. Mən torpaqların ayrılması ilə məşğul olmamışam. Bizdə xəritə yox idi ki, həmin ərazilərin Dövlət Torpaq Fonduna aid olduğunu da bilək. Bu işdə heç kimlə əlbir olmamışam. Yeganə günahım şəxsiyyət vəsiqələrinin surətini vermək olub".

Qeyd edək ki, həmin dövrdə Səbail rayonunun icra başçısı olmuş Asif Əsgərov bir müddət əvvəl Nəsimi rayonuna eyni vəzifəyə təyin olundu. Bundan sonra Yavər Allahverdiyevin də iş yeri dəyişdi və hazırda o, Nəsimi Rayon İcra Hakimiyyətində Asif Əsgərovun birinci müavinidir.

İFADƏLƏRDƏ NƏ YAZILDIĞI BƏLLİ DEYİL

Əmlak alqı-satqısı ilə məşğul olmuş Tərlan Hüseynov da özünü təqsirli bilməyib. O, istintaqa verdiyi ifadələri təsdiqlədiyini desə də, ifadələr elan olunmadığından orada nə yazıldığı bəlli deyil.

Məhkəmə prosesi iyunun 24-də davam edəcək.

Xatırladaq ki, İlham Əliyev ötən ilin mayında Dostluq parkındakı villalar barədə demişdi ki, bütün villalar qanunsuzdur: “Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz!"

Hacıbala Abutalıbov bildirmişdi ki, sökülən villaların yerində 10 min ədəddən çox ağac əkiləcək.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 23 iyun

Azərbaycan özünü keyfiyyətli, hamı üçün əlçatan qiymətə ərzaqla niyə təmin edə bilmir? Son beynəlxalq hesabatda Azərbaycan
Günün əsas hadisələri Azadlıq Radiosunda - 23 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 23 iyun

Keçmiş bankirin xanımı növbəti qalmalqalda

XS
SM
MD
LG