Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:25

Siqaretə məhdudiyyət qoyula bilər


►"Son statistikalar çox ciddi narahatlıq doğurur"

Azərbaycanda siqaretə məhdudiyyətlər qoyula bilər.

Ölkə parlamentində tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin hazırlanması planlaşdırılır.

Bunu parlamentin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

APA-nın xəbərinə görə, H. Rəcəbli qeyd edib ki, siqaretə məhdudiyyətlərin gətirilməsi son 10 il ərzində davamlı gündəmə gəlsə də, gərəkli addımlar atılmayıb.

“Hazırda məsələ yenidən gündəmə gəlib. Artıq planlaşdırılıb və yaxın zamanda bununla bağlı ayrıca qanun layihəsinin hazırlanıb müzakirəyə çıxarılması nəzərdə tutulur. Bu məsələ sağlamlıqla bağlı olduğundan parlamentin səhiyyə komitəsindən də keçəcək. Amma nəticədə siqaretin yaratdığı fəsad sosial problem olduğundan qanun layihəsinin hazırlanması ilə bizim komitə məşğul olacaq ”.

Komitə sədri siqaretdən istifadə ilə bağlı cəmiyyətdə anormal vəziyyətin müşahidə olunduğunu deyib.

Son statistikalar çox ciddi narahatlıq doğurur. Ona görə də “Tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” sənədin hazırlanması gündəmdədir”,- H. Rəcəbli bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının siqaretdən istifadə ilə bağlı son statistikasında Azərbaycan 13-cü yerdə qərar tutub.

Səhiyyə Nazirliyinin bilgilərinə görə, Azərbaycanda kişilərin 40-60, qadınlarınsa 2-10 faizi siqaret çəkir.

Buna da bax: Aydın Əliyev siqaretin idxalının azalma səbəblərindən danışır

Aydın Əliyev siqaretin idxalının azalma səbəblərindən danışır
Gözlə

No media source currently available

0:00 0:00:40 0:00

XS
SM
MD
LG