Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:53

Elmar Məmmədyarov Lavrov-la razıdır


E.Məmmədyarov və S.Lavrov
E.Məmmədyarov və S.Lavrov

-

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov KİV-ə açıqlama verib.

R.Məmmədyarov açıqlamada qeyd edir ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergei Lavrov-un qiymətləndirməsi ilə razıdır. «Dünən keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır. Bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalıdır. Regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir»,-deyə nazir qeyd edir.

Mayın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin təmsilçiləri də iştirak edib.

Görüşdən sonra KİV-ə açıqlamasında Rusiyanın xarici işlər naziri S.Lavrov demişdi ki, hədəf münaqişənin tam olaraq nizamlanmasına doğru irəliləməkdən ötrü işi sona çatdırmaqdır. «Yəqin ki, tərəflər arasında vəziyyətin kifayət qədər gərgin olduğunu nəzərə alaraq, bunu mərhələli şəkildə etmək lazım gələcək. Nizamlanmanın birinci mərhələsinin parametrlərini razılaşdırmaq imkanı var», -deyə o, jurnalistlərə bildirmişdi.

Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

XS
SM
MD
LG