Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:21

Vergiyığanlara "paket maaş" əvəzinə "maaşa əlavə"


İllüstrasiya
İllüstrasiya

►Cərimə pulları vergi əməkdaşlarının əlavə maaşına xərclənir

Bu ilin 3 ayında Vergilər Nazirliyinin xüsusi hesabına daxil olan 5 milyon 893 min 620 manat pulun 5 milyonu qurum işçilərinin əməkhaqqı fonduna yönəldilib.

Hesabda, azı, 6 milyon manat olsa da, ötən ilin eyni dövründə bu məqsədlə 5 dəfə az vəsait xərclənmişdi.

İl başlar-başlamaz...

2015-ci ildə vergi orqanı işçilərinin maddi həvəsləndirilməsi fonduna yığılan 30 milyon 600 min manatın 11 milyon 600 min manatı əməkhaqqına sərf olunmuşdu. Başqa sözlə, il başlar-başlamaz, vergi əməkdaşlarına ötən il aldıqlarının yarısı qədər maaşlara əlavə ödənilib.

Nazirliyin məlumatına görə, 2014-cü ildə ştatda olan və ştatdankənar çalışan işçilərə əməkhaqqı və başqa formada ödəmələrin həcmi nazirliyin saxlanmasına dövlət büdcəsindən ayrılan 22 milyon manatın təxminən 70 faizi (15 milyon manat) qədər olub. Həmin il vergiçilərə maddi həvəsləndirilmə fondundan daha 10 milyon manat ödənmişdi.

___________________________________________________________

Bunlara da bax:
Emin Millinin qaynına 3 il şərti cəza verildi
«Murad Ədilov özü cinayətin qurbanıdır»

___________________________________________________________

Vergilər Nazirliyi işçilərinin maddi həvəsləndirilmə fondu 2000-ci illərin əvvəllərindən yaradılıb. Fondun vəsaiti vergi ödəyiçilərinə tətbiq olunan maliyyə sanksiyasının 30 faizi hesabına formalaşır. Yəni, vergi əməkdaşları nə qədər çox vergidənyayınma halı aşkara çıxarsalar, bir o qədər də əməkhaqqına əlavə ala biləcəklər.

Maaş nisbətən az, arzulayan qat-qat çox...

Nazirlikdə AzadlıqRadiosuna deyiblər ki, hazırda vergi orqanlarında rəsmən ştatda çalışanların sayı 2300 nəfərə çatır.

Azərbaycanda vergi orqanları işçilərinin aylıq vəzifə maaşları yüksək həyat tərzində yaşayışa təminat vermir. Onların rəsmi gəlirləri dövlət qulluqçularının aylıq vəzifə maaşları məbləğindədir. Yerli vergi orqanlarında çalışanlar ayda 350-600 manat civarında maaşa qol çəkirlər. Nazirlik aparatında isə maaş 500 manatdan başlayır. Buna baxmayaraq, vergi orqanlarında vakant iş yerlərinə növbələr tələbatı qat-qat üstələyir.

Qeyri-rəsmi məlumatlara görə, bəzi dövlət hakimiyyəti orqanlarında olduğu kimi, Vergilər Nazirliyi sistemində də “zərf”lər, yəni uçota alınmayan maaşa əlavələr ödənilib. Ölkədə aparılan islahatlar dalğasında belə ödənişlərin yığışdırıldığı söylənir.

Buna da bax: "Azərbaycanda gəlirin 70 faizdən çoxu yeməyə gedir"

"Azərbaycanda gəlirin 70 faizdən çoxu yeməyə gedir"
Gözlə

No media source currently available

0:00 0:15:48 0:00

DİNLƏ: Günün əsas hadisələri AzadlıqLive proqramında (22 aprel)

Lavrov: "Ermənistan Kazan sənədini rədd etməyib"
ReAL sədri İlqar Məmmədovu buraxmaya bilərlərmi?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (22 aprel)

Meydan TV ətrafında nə baş verir?

XS
SM
MD
LG