Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:27

Hərbi sirr nədir? Ekspertin izahında


Ələsgər Məmmədli
Ələsgər Məmmədli

-

Gözlə

No media source currently available

0:00 0:03:19 0:00
Direct-ə keçid

Suallarımızı media eksperti Ələsgər Məmmədli cavablandırır.

- Hərbi sirr nədir?

- Dövlət sirri haqqında qanunda hərbi sirlər də dövlət sirri sayılır. Hərbiçilərin dislokasiya yeri, hərbçilərin yerdəyişməsi, əməliyyat planları haqqında məlumatlar, onun görüntüləri, coğrafi məkanları, koordinatları bildirən informasiyalar hərbi sirr sayılır. Bu cür məlumatlar qətiyyən verilməməlidir, bunlar məsuliyyət yaradır. Ancaq ümumi ifadələr, ümumi mənzərə barədə məlumat verilə bilər. Məsələn, «təmas xətti boyunca hərbi birliklər yerləşdirilib» demək hərbi sirr sayılmır, amma deyilsə ki, «təmas xəttində, filan kəndin və ya filan qəbiristanlığın 500 metr yaxınlığında hərbçilər var», bu, həmin ərazini identifikasiya etmək imkanı verir. Bu, qarşı tərəfə də həmin əraziyə müdaxilə imkanları yaradır. Bunları nəzərə alaraq, məsələlərə spesifik yanaşmaq lazımdır. İdentifikasiya edilməsi mümkün olan məlumatlar verilməməlidir.

- Bəs, məsələn, bir kəndin içində tankın vurulması ilə bağlı görüntünü media yaya bilərmi?

- Kəndin adını çəkmədən ümumi regionu göstərmək olar, bu görüntünü vermək olar. Kəndin adını söyləmək orda yaşayan şəxslər üçün təhlükə yarada bilər. Media etikası da kəndin adının çəkilməsini etik saymır.

- Olay yuxarıdan çəkilibsə, bu zaman kəndin identifikasiyası riski yaranırmı?

- Əlbəttə, yaranır. O görüntülərdən kəndin identifikasiyası mümkündürsə, bu zaman həmin görüntüdən yararlanmaq lazım deyil. İndi texnologiya elə inkişaf edib ki, kəndin görüntüləri varsa, onu müəyyənləşdirmək çətin olmayacaq. Ona görə də cəbhə bölgəsindən ümumi görüntülər verilməlidir, konkretləşdirici məqamlar olmamalıdır. Döyüşlərdən mümkün qədər dar kadrlar verilməlidir, ümumi panorama olmamalıdır.

XS
SM
MD
LG