Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:37

Ali Məhkəmənin sədri Xədicə ilə bağlı: "Baş prokurorluq protest versə..."


Ramiz Rzayev
Ramiz Rzayev

►Ramiz Rzayev Xədicə İsmayılın azadlığa buraxılacağı xəbərlərini şərh edib

Ali Məhkəmənin sədri Ramiz Rzayev həbsdə olan araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın Ali Məhkəmədə azadlığa buraxılması ehtimalı ilə bağlı xəbərləri şərh edib.

Trend-in xəbərinə görə, R.Rzayev jurnalistin işi ilə bağlı konkret qərar qəbul olunmadığını deyib.

“Bununla bağlı müraciət olubsa, Ali Məhkəmə müraciəti plenuma çıxaracaq.

Lakin artıq hər hansısa müraciətə baxılıbsa və qərar qəbul edilibsə, Ali Məhkəmə ikinci dəfə məsələyə baxmayacaq.

Bu işlə bağlı ya müraciət olunmalıdır, ya da Baş prokurorluq protest verməlidir. Bu müraciətlər olmasa, biz hər hansı işə baxa bilmərik” - deyə Ali Məhkəmənin sədri bildirib.

Ölkə qanunvericiliyinə görə, əgər qərarın ağırlığından Baş prokurorun etirazı olmasa verilən kassasiya şikayətinə Ali Məhkəmədə adi qaydada baxılacaq.

Ali Məhkəmə Xədicə İsmayılı 7 il yarım azadlıqdan məhrum edən məhkəmə qərarlarından verilən kassasiya şikayətinə yaxın vaxtlarda baxmalıdır. Məhkəmənin tarixi hələ dəqiqləşməyib.

__________________________________________________________

Xədicənin araşdırdıqları:
Prezidentə yaxın şirkətlər Azercell-i necə ələ keçirdi
Yüksək kredit faizləri Əliyevlərin banklarını varlandırır

__________________________________________________________

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib. O, mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli bilinərək 7 il yarım azadlıqdan məhrum edilib.

Jurnalist ittihamları rədd edir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.

“Amnesty International” Xədicə İsmayılı vicdan məhbusu elan edib.

Buna da bax: Avtobusda yaşayan ailəyə yardım

Avtobusda yaşayan ailəyə yardım
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

XS
SM
MD
LG