Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:24

Azərbaycanda vaxt dəyişməyəcək


Saat
Saat

-
Martın 17-də baş nazir Artur Rasi-zadə Azərbaycanda yay vaxtına keçidi ləğv edib.

AZƏRTAC baş nazirin bununla bağlı 21 nömrəli qərarını dərc edib.
Qərarda özünün 19 il əvvəl eyni gündə yay vaxtının tətbiqi ilə bağlı verdiyi qərarın ləğv edildiyi bildirilir.

Qüvvədən düşən qərarda bildirilirdi ki, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.
Halbuki, bir gün əvvəl Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli APA-ya yay-qış vaxtına keçidin qüvvədə qaldığını bildirmişdi.

Milli Elmlər Akademiyasının alimləri Prezident Administrasiyası və Nazirlər Kabinetinə Azərbaycanda yay-qış vaxtlarına keçid praktikasının ləğv edilməsi təklifini vermişdilər.

Alimlərin arqumentlərinə görə, ərazisi böyük olmayan ölkələr üçün bu praktika əlverişli deyil. Üstəlik, bu insanlarda tibbi-psixoloji və sosial-mənəvi problemlər yaradır. Alimlər hesab edirdilər ki, bunun iqtisadi faydası da bir elə çox deyil.

İndi artıq, bu il martın 27-si saat 04.00-da əqrəblər 1 saat irəli çəkilməyəcək.

Avropa ölkələrində fərqli olaraq, dünyanın ən böyük ərazisinə malik Rusiyada da yay-qış vaxtına keçid ləğv edilib.

XS
SM
MD
LG