Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:35

«AMAY Abdulla» prezidentə müraciət edib


Abdulla Abdullayev
Abdulla Abdullayev

-

«Məni faktiki rəhbər kimi öhdəliyim olmayan mülki xarakterli işə görə qeyri-qanuni həbs edib 13 il cəza veriblər, 2 ildir həbsdəyəm».

«A.M.A.Y» Ticarət Mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin ölkə başçısına açıq müraciətində belə deyilir.

Qanunsuz həbs olunduğunu bildirən A.Abdullayev qeyd edir ki, həbsindən sonra minlərlə insan rəhbərlik etdiyi şirkətdə iş yerlərini itirib. «A.M.A.Y özəl şirkət olub. Nə dövlət layihələrində iştirak edib, nədə dövlət əmlakını mənimsəyib. Öhdəlikləri müqavilə öhdəliyidir. Məmur deyil rüşvət alsın. Amma nədənsə Korrupsiyaya qarşı Mübarizə İdarəsi mənə qarşı cinayət işi başladaraq, korrupsiya ittihamı irəli sürüb. A.M.A.Y-a Gənclik meydanında inşa edilən gimnastika mərkəzinin tikintisi ilə bağlı 3 milyon 400 min manat vəsait ayrılmışdı ki, həmin vəsait geri ödənilib. Öhdəlik bitib, buna baxmayaraq, cəzalandırılmışam», - deyə A.Abdullayev bildirir.

A.Abdullayevin deməsinə görə, Azərbaycanda arxasında məmurların dayandığı elə şirkətlər var ki, 500 milyon, 1 milyard 300 milyonluq kreditlər götürüblər, təminatları yox dərəcəsindədir, müddətləri də keçib. Ancaq onlara cinayət işi açılmır. «Mən günahsız məhkumam. Amma bu ölkənin vətəndaşıyam. Əminəm ki, yazdığım səmimi məktuba görə mənim mövqeyimə fərqli qiymət verəcəksiniz və məni... müdafiə edəcəksiniz», - deyə müraciətin sonunda qeyd edilir.

Abdulla Abdullayev 2014-cü il aprelin 4-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 13 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan keçmiş işçilərindən Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanovun hər birinə 9 il, Nadejda İlyasovaya isə 8 il şərti cəza verilib. Onlar dələduzluq, mənimsəmə kimi əməllərdə təqsirləndirilir.

XS
SM
MD
LG