Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:42

Məleykə Abbaszadənin testin ləğvi xəbərinə reaksiyası


Məleykə Abbaszadə
Məleykə Abbaszadə

►“Test sistemi qalacaq”

“Azərbaycanda kütləvi test imtahanları şəffaf, əsl biliyi qiymətləndirən bir üsuldur. Hazırda bu sistemlə əlaqədar mövcud qanunvericilikdə hər hansı dəyişikliyin aparılması müzakirə mövzusu deyil”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbasova “Trend”-ə müsahibəsində belə deyib.

Komissiya sədri deyib ki, test sistemi qalacaq.

“Mərkəzləşdirilmiş imtahanlar indi necə təşkil olunursa - şəffaf, insan faktorundan azad - elə də qalacaq. İnsan faktoru yoxlamanın nəticələrinə təsir göstərməyəcək. Biz buna zəmanət veririk”

Bunula belə, M. Abbasova imtahanların məzmununda dəyişikliklərin ola biləcəyini istisna etməyib:

“Tapşırıqların forması, məzmunu proqramlardan və dövlət tərəfindən qəbul olunan normativ sənədlərdən asılıdır. Biz hələ o sənədlərlə işləyirik ki, onlar indiki proqrama aiddir. 3 ildən sonra isə biz yeni standartlara uyğun, yeni növ imtahanları aparmağa hazırıq olacağıq. Mən ona da söz verirəm ki, yazı işlərinin, açıq testlərin olmasına baxmayaraq, o imtahanların nəticələrinə heç zaman insan faktoru təsir göstərməyəcək. Belə texnologiya da bizdə hazırdır, monitorinq imtahanlarında istifadə olunaraq sınaqdan keçirilib”

Məleykə Abbasova təhsil sahəsindəki problemlərdən danışarkən deyib ki, “hər şeyə görə səbəbi test imtahanlarının üstünə atmaq olmaz”.

Bir müddət öncə təhsil naziri də test sistemindən danışmışdıi. Nazir Mikayıl Cabbarov demişdi ki, qəbul imtahanlarının hazırkı forması əmək bazarı üçün müasir, uğurlu məzun seçilməsinə imkan vermir...

Buna da bax - AzadlıqRadiosunun Youtube kanalından izləyin:

XS
SM
MD
LG