Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:43

Maliyyə Nazirliyi Beynəlxalq Banka görə məsuliyyət daşımır?


Samir Şərifov Milli Məclisdə danışır
Samir Şərifov Milli Məclisdə danışır

►Ekspert bildirir ki, bankın Müşahidə Şurası öz vəzifəsini yerinə yetirməyib.

Maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində Azərbaycan Beynəlxalq Bankının (ABB) borclarından söz açıb.

O, problemlərin həmin qurumun keçmiş rəhbərliyindən qaynaqlandığını söyləyib:

“ABB-də səhmlərin nəzarət zərfi dövlətə məxsusdur. Ölkə prezidentinin sərəncamına əsasən, bu bankın sağlamlaşdırılması və özəlləşdirilməyə hazırlanması üçün tədbirlər görülür. Asan deyil, çünki bankın sabiq idarəçiləri, sabiq rəhbərliyi bir çox kobud səhvə yol vermişdi... Bir çox hallarda Müşahidə Şurasının qərarlarına əməl edilməmiş, bu qərarlar pozulmuş və bank barədə məlumatlar təhrif olunmuşdu. Nəticə etibarilə, bu bankda mənimsəmə halları müşahidə edilib”.

Nazirin də xatırlatdığı kimi, ABB-nin səhmləri Maliyyə Nazirliyinin timsalında, əsasən (30 iyun 2015-ci ilin məlumatına görə - 81.86%), dövlətin əlindədir. Müşahidə Şurasına da maliyyə nazirinin müavini başçılıq edir. Elə isə, sual doğur: Məsuliyyəti yalnız bank idarəçilərinin üzərinə atmaq nə dərəcədə ədalətli yanaşmadır?

Buna da bax: “Azərbaycan korrupsiya bataqlığında girovdur”

“Başa düşürəm ki, Cahangir Hacıyev...”

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, bankın Müşahidə Şurasının sədri kimi Maliyyə Nazirliyi rəhbərliyinin də məsuliyyəti var:

“Müşahidə Şurası, ən azı, "Banklar haqqında" qanundan irəli gələn nəzarət vəzifələrini icra etməyib. Əlbəttə, başa düşürəm ki, Cahangir Hacıyev Müşahidə Şurası ilə hesablaşmayıb, bəlkə də ona bütün məlumatları təqdim etməyib. Amma yenə də bütün bunlar Müşahidə Şurası sədrinin və üzvlərinin məsuliyyətini azaltmır”.

“Mərkəzi Bank hər şeyi görür və susurdu”

Ekspertin fikrincə, Müşahidə Şurası mütləq tədbir görməli idi:

“Eyni zamanda Mərkəzi Bankın da məsuliyyəti böyükdür. Axı bank nəzarətini o həyata keçirir. Özü də Müşahidə Şurası üzvlərindən fərqli olaraq, Mərkəzi Bank “nədənsə xəbərim yox idi” deyə bilməz. Çünki Müşahidə Şurası üzvlərinə məlumat verilməyə bilərdi, amma Mərkəzi Bankda bütün məlumatlar olub. Axı daimi və gündəlik nəzarət var, o cümlədən elektron nəzarət. Mərkəzi Bank hər şeyi görür və susurdu”.

XS
SM
MD
LG