Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:33

Qubad İbadoğlundan Mərkəzi Banka çağırış


Qubad İbadoğlu
Qubad İbadoğlu

ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) Açıq Bazarda Əməliyyatlar üzrə Federal Komitəsi bu ilin ilk toplantısını yanvarın 27-28-də keçirəcək.

-

Qubad İbadoğlunun fikrincə, Mərkəzi Bankın manatı yeni təhlükələrdən qoruyub-qorumayacağı suallı qalır

ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) Açıq Bazarda Əməliyyatlar üzrə Federal Komitəsi bu ilin ilk toplantısını yanvarın 27-28-də keçirəcək. Ekspertlərin qənaətinə görə, qəbul ediləcək qərarlar dolların mövqeyini yenə möhkəmləndirməklə manata təzyiqləri artıra bilər.

“Dollarlaşan maliyyə sistemi və reytinqi aşağı düşən banklar oldu”

​İqtisadçı ekspert Qubad İbadoğlu Mərkəzi Bankın (MB-nin) indiyədək manatın məzənnəsini qoruya bilmədiyini düşünür:

“MB manatın məzənnəsini tənzimləmək üçün ötən il 8 milyard 742 milyon ABŞ dolları xərcləsə də, milli valyuta sabitləşməyib. Əksinə, bir il əvvəllə müqayisədə manata daha böyük təhlükələr yaranıb. 2015-ci ildə valyuta bazarına aylıq 728 milyon, gündəlik 24 milyon dollar müdaxilə edilsə də, manat ABŞ dolları qarşısında 2 dəfəyədək dəyər itirib. Maliyyə sistemi dollarlaşdı və bankların reytinqi azaldı”.

“DEVALVASİYA... ÖZÜNÜ DOĞRULTMADI”

Ekspertin fikrincə, devalvasiya özünü doğrultmayıb: “Əlverişli məzənnə rejiminə keçid nə ixracatın, nə də rəqabət qabiliyyətinin artımını təmin edə bilmədi.

Nəticədə son ümumi ixracatın 2014-cü ilə nisbətən 47.66 faiz azaldı. Bundan başqa, neftdənkənar bölmənin ixracatı da həmin dövrdə 149 milyon dollar və ya 8,5 faiz aşağı düşdü. Bu müddətdə ölkəmizin beynəlxalq ödəmə qabiliyyəti də pisləşdi və tədiyyə balansının mənfi saldosu yarandı”.

“TƏKRAR DEVALVASİYADAN SONRA...”

Qubad İbadoğlu 2-ci devalvasiyadan sonra özəlliklə bank və kredit təşkilatlarında maliyyə durumunun daha da pisləşdiyinə diqqət çəkir:

Azərbaycan manatı
Azərbaycan manatı

“İki gün öncə “Moody's Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycandakı 6 kommersiya bankı üzrə risk qiymətləndirməsinin nəticələrini açıqladı. Onların uzunmüddətli borc reytinqi aşağı salındı. Bütün bunlarla yanaşı, Azərbaycanda azad biznes mühiti pisləşməkdə, banklara maliyyə təzyiqi artmaqda, istehlak bazarında bahalaşma davam etməkdədir. Təkrar devalvasiyadan sonrakı müddətdə iqtisadiyyatın dollarlaşması MB-nin Azərbaycanda pul kütləsinə təsiri imkanlarını azaltdı və ABŞ Federal Ehtiyat Sistemi (FES) qərarlarının rolunu önə çıxardı”.

Ekspertin fikrincə, gərəkli tədbirlər görülməsə, qısa müddətdən sonra mövcud valyuta ehtiyatları da tükənəcək: “Odur ki, MB-ni valyuta bazarını liberallaşdırmağa və üzən məzənnə siyasətinə qayitmağa çağırıram”.

XS
SM
MD
LG