Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:42

Prezident manatın məzənnəsindən danışdı


İlham Əliyev
İlham Əliyev

-

«Neftin qiymətinin azalmasına baxmayaraq, biz milli valyutamızı dəstəkləmək üçün əlavə tədbirlər görməyəcəyik».

APA xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bunu «RIA «Novosti» agentliyinə açıqlamasında deyib.

Prezident bildirib ki, manatın məzənnəsi ilə bağlı onlar əllərindən gələni ediblər: «Bundan artığını gələcəkdə hökumət etməyəcək. Neftin ucuzlaşması davam edərsə, manat bundan əziyyət çəkməyəcək. Manatın hazırkı məzənnəsi ədalətlidir və öz yerini tapıb».

Prezident onu da deyib ki, yaxın vaxtda Azərbaycan hökuməti özəlləşdirməyə çıxarılacaq dövlət aktivlərinin siyahısı ilə bağlı müzakirələrə başlanılacaq. Onun sözlərinə görə, ölkənin əsas ixrac məhsulunun dəyərsizləşməsi səbəbindən Azərbaycan hökuməti strateji aktivi olan SOCAR-ı özəlləşdirməyəcək: «SOCAR dövlətin strateji aktivdir. Bu səbəbdən onun özəlləşdirilməsindən söz gedə bilməz».

«RIA Novosti»nin «Rusiya şirkətləri Azərbaycanın dövlət aktivlərinin özəlləşdirilməsində iştirak edə bilərmi» sualına prezident bu cür cavab verib: «Rusiya Azərbaycanın yaxın dostudur. İstəsələr, yalnız şad olarıq. Lakin hələ ki, müraciət edən olmayıb».

XS
SM
MD
LG