Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:16

Prokurorluq rəsmisi: "Monopolisti məsuliyyətə cəlb etmək mürəkkəb işdir"


İllüstrasiya
İllüstrasiya

►İşadamı ona dəyən 3 min 600 manatdan çox ziyanın ödənməsini istəyir.

“Monopolist şirkətlərin müəyyən edilməsi, onların məsuliyyətə cəlb edilməsi üçün araşdırmalar aparırıq. İnanın ki, bunların fəaliyyətini hüquqi baxımdan sübut etmək bir qədər mürəkkəb məsələdir. Burda bayaq süni mal qıtlığının yaradılmasından söz düşdü. Bunu kim edə bilər? Əlbəttə ki, ancaq monopolist şirkətlər edə bilər. Mən monopolistəm, deyək ki, dərmanı ancaq mən gətirirəm, yaxud tutaq ki, hər hansı məhsulu yalnız mən gətirirəm, rəqabət olmadığı üçün mən burda mala istənilən qiyməti qoya bilərəm... Təbii ki, belə hallar olur, süni mal qıtlığı yaratmaq elə inhisarçılıq deməkdir. Bununla mübarizə aparılır”.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev belə deyir. Onun sözlərinə görə, monopolistləri məsuliyyətə cəlb etmək mürəkkəb məsələdir. Bir az dərinə gedəndə, monopolist şirkətlər bunu fəaliyyətlərinə müdaxilə, təzyiq kimi qiymətləndirirlər.

Gözlə

No media source currently available

0:00 0:03:40 0:00
Direct-ə keçid

AzadlıqRadiosunun əməkdaşının sualına cavab olaraq idarə rəisi bildirib ki, bununla belə monopolistlərlə bağlı şikayətlər diqqətlə araşdırılır. Qanun pozuntusu müəyyən edildikdə tədbir görülür.

Ancaq işadamı Səxavət Mustafayev deyir, dekabrın 25-də Sumqayıt Baş Gömrük İdarəsinin və “Trans Broker” MMC-nin hərəkətlərindən Baş prokurora yazdığı şikayətlə hələ də qurumdan maraqlanan olmayıb. Yanvarın 13-də ona Baş Prokurorluqdan yalnız məktubunun onlara yetişməsi ilə bağlı rəsmi cavab gəlib. Şikayətinin araşdırılıb-araşdırılmayacağını dəqiq bilmir.

Bircə onu bilir ki, Baş prokurorluq tədbir görənədək KİV dadına çatıb. Başına gələnlər saytlar tərəfindən işıqlandırıldıqdan sonra Bakı Baş Gömrük İdarəsinə dəvət olunub və gömrük işçiləri ilə monopolist tərəfindən “müsadirə olunan” yükü – bir vaqon şüşə lövhəsi özünə qaytarılıb.

Buna da bax: Qubada etiraz aksiyası keçirilir

“MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏM”

Səxavət Mustafayev Dağıstandan Azərbaycana şüşə lövhələr gətirir. O, AzadlıqRadiosuna danışıb ki, ötən il dekabrın 8-də “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov tərəfindən bir vaqon yük Biləcəri Yük Stansiyasında saxlanılıb. Dekabrın 29-da yükə görə vəd olunmuş pul ona ödənilib. Ancaq dekabrın 21-də manatın devalvasiyasından sonra ödənilən vəd olunmuş həmin məbləğ iş adamı üçün, necə deyərlər, əvvəlki bərəkətini itirib. Ancaq dekabrın 21-də növbəti dəfə ölkəyə gətirdiyi bir vaqon şüşə lövhəni monopolistə vermək istəməməsi başına bəla olub. Baş prokurora, prezidentə, Bakı Baş Gömrük İdarəsinin rəisinə yazdığı məktubları cavabsız qalıb. Nəhayət, bir neçə xəbər saytı iş adamının yarasına məlhəm olub. Yanvarın 12-də Baş Gömrük İdarəsinin rəisinin tapşırığı ilə yük özünə qaytarılıb. Ancaq sahibkar gömrük orqanından elə-belə əl çəkmək fikrində deyil. O, Biləcəri Yük Stansiyasında onun iradəsindən asılı olmayaraq saxlanılar yükə görə yazılan gündəlik 145 manatlıq cərimələrin yük ona qaytarılanadək 3 min manatı ötdüyünü deyir:

“Vaqonun orda dayanmasına görə 3054 manat cərimə ödəmişəm. Yük daşımaq üçün texnika olub, səhərdən axşama kimi orada dayanıb, ona görə də təqribən 600 manat xərcim çıxıb. Sumqayıt Baş Gömrük İdarəsinə məktub yazmışam ki, bu zərəri ödəsinlər. Əgər müsbət cavab almasam, məhkəməyə müraciət edəcəm”.

Buna da bax: Neftin qiyməti 30 dollardan da aşağı düşdü

“YÜKÜMÜ ONLAR SAXLAYIB”

Ancaq monopolistə qarşı iddia qaldıra bilməyəcək. Deyir, hüquqi cəhətdən mümkün deyil:

“Burada görünən gömrük idarəsi və işçiləridir. Yükümü onlar saxlayıb. Dövlət orqanıdır. Gərək onlar malımı hansısa monopolistə görə saxlamayaydılar. Hüquqi cəhətdən iddiamı yalnız gömrük qurumuna qarşı qaldıra bilərəm”.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarə rəisi indiyədək hər hansı monopolistin məsuliyyətə cəlb olunmasından danışmasa da, sahibkarların şikayətlərinin diqqətlə araşdırıldığını deyir.

Kamran Əliyev şikayətlərin araşdırılması haqda danışır (VİDEO)

Prokurorluq rəsmisi:"Şikayətləri araşdırırıq"
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

XS
SM
MD
LG