Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:37

Erdogan deyir ki, partlayışı intiharçı törədib- [Fotolar, Video]


İstanbulda partlayış olub
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

İstanbulda partlayış olub

-

Türkiyə prezidenti Tayyip Erdogan bildirib ki, İstanbuldakı partlayışı Suriyadan gələn intiharçı törədib. Baş nazirin müavini Numan Kurtulmush bundan az sonra hadisəni törədənin Suriyadan olan 1988-ci il təvəllüdlü gənc olduğunu bildirib.

Yanvarın 12-də İstanbulun Sultanahmet meydanında törədilən partlayışda 10 nəfər ölüb, 15 nəfərsə yaralanıb.

Polis hesab edir ki, bunun arxasında “İslam Dövləti” qrupu durur.

Ölənlər yerlilər və xaricilərdir.

Yaralılardan 9-u Almaniyadan, 1-i Norveçdən, biri isə Perudan olan turistlərdir.

Onlardan bəzilərinin ağır vəziyyətdə olduğu bildirilir.

Türkiyə hökuməti partlayışın yayımlanmasını qadağan edib.

Bu milli təhlükəsizlik və ictimai asaişin qorunması ilə bağlı qanunda nəzərdə tutulur.

Kürd yaraqlıları və “İslam Dövləti” qrupu son aylar Türkiyədə bir neçə terror aktı törədiblər.

Təkcə ötən ilin oktyabrında paytaxt Ankarada törədilən iki partlayışda 100-dən çox adam ölüb.

Prokurorluq bunun "İslam Dövləti” qrupu tərəfindən təşkil edildiyini deyir.

--

Yanvarın 12-də Türkiyənin İstanbul şəhərinin mərkəzindəki Sultanahmed meydanında baş verən partlayışda 10 nəfər ölüb, 15 nəfərdsə yaralanıb.

Türkiyənin “Hürriyet” qəzeti ölü sayının artacağını istisna eləmir.

Şahidlərin sözlərinə görə partlayışı intiharçı törədib.

Amma “Hürriyet” qəzeti bu iddianı təkzib edib.

Partlayışın baş verdiyi Sultanahmet meydanı adətən turistlə dolu olur.

Polis ərazini mühasirəyə alıb, meydana heç kim buraxılmır. Araşdırma gedir.

Qeyd edək ki, oktyabrın 10-da Ankarada keçirilən yürüş zamanı törədilən iki partlayışda 100-dən çox adam ölüb.

Hakimiyyət deyir ki, həmin partlayışların arxasında “İslam Dövləti” yaraqlıları durur.

XS
SM
MD
LG