Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:12

Banklar Assosiasiyasından Mərkəzi Banka təklif


manat
manat

Azərbaycan Banklar Assosiasiyası Mərkəzi Banka fiziki şəxslərin bütün əmanətlərinin 3 il müddətinə sığorta olunması ilə bağlı təkliflər verib.

Bunu “APA-Economics”ə müsahibəsində ABA sədri Zakir Nuriyev deyib.
Z. Nuriyev bildirib ki, bütün Avropa ölkələrində və dünyanın bir çox dövlətlərində devalvasiya zamanı əhalinin əmanətlərinə müvəqqəti olaraq 100 faizlik təminat verilib:

“Bizim hökumətə təqdim etdiyimiz və təklif etdiyimiz məsələ bütün əhali əmanətlərinin məbləğindən asılı olmayaraq 3 il müddətinə sığorta olunması ilə əlaqədardır. Bununla bağlı biz Azərbaycan Mərkəzi Bankına müraciət etmişik. Mərkəzi Bank da öz növbəsində təkliflər paketini hökumətə təqdim edib. Buna görə Əmanətlərinin Sığortalanması Fondu haqqında qanuna müvafiq dəyişikliklərin həyata keçirilməsini təklif etmişik”.

Z. Nuriyev dollar kreditləri ilə bağlı borclar haqqında isə müraciət olunmadığını deyib.

O qeyd edib ki, ABA tərəfindən kommersiya banklarının öhdəliklərinin, problemli kreditlərin, eləcə də devalvasiya nəticəsində xarici valyuta ilə kredit borcu olanlarda yaranmış fərqin Mərkəzi Bankın vəsaitləri hesabına qarşılanması ilə bağlı heç bir quruma müraciət olunmayıb:

“Biz bununla əlaqədar Azərbaycan Mərkəzi Bankına müraciət etməmişik. Bu, bankların və Mərkəzi Bankın məsələsi deyil. İqtisadçı ekspertlərdən bəziləri təklif edib ki, devalvasiya fərqindən Mərkəzi Bankda yaranmış 3 milyard əlavə vəsait hesabına bu məsələyə baxıla bilər. Amma biz hökumətə müraciət edə bilmərik ki, kiminsə hesabına bizə pul verin. Çünki, dövlət kommersiya banklarının öhdəlikləri üzrə məsuliyyət daşımır. Ona görə də bizim elə bir müraciət etməyimiz və belə yardım istəməyimiz düzgün olmaz”.

XS
SM
MD
LG