Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:30

Baxımsızlıq, yoxsa, təbii fəlakət? Neftçilər danışır


“Günəşli” yatağındakı 10-cu platformadan son görüntülər
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

“Günəşli” yatağındakı 10-cu platformadan son görüntülər

-

“Xilasedici köynəkdə olsaydılar, suyun üzündə qalardılar”

“1949-cu ildə Neft Daşları yaranan vaxtlardan bəri dənizdə bu dərəcədə güclü külək olmayıb. Bu vaxta qədər dənizdə 40 metrdən yuxarı külək, 10-12 metr hündürlükdə dalğa olmayıb”

“Hadisə baş verən kimi dənizldə işləyənlərə zəng edib bir-iki nəfərlə əlaqə saxlamışdım. Külək platformadakı budkaları az qala dənizə salırmış, o dərəcədə güclü külək olub. Hansı budka ki, dəmirlərə qaynaq olunub, o, yerində qalıb, ancaq biri düşmüşdü. Nə demək olar? Baxımsızlıqdır, texniki təhlükəsizlik qaydalarına riayət olunmur. Əsas səbəblərdən biri budur. Ancaq deyirlər təbii fəlakət, qəzadır”.

Bunu AzadlıqRadiosuna 30 ilin neftçisi, Bibiheybət Neft Qaz Çıxarma İdarəsinin nasos qurğularınını maşinisti Əziz İmaməliyev deyib.

ƏYİNLƏRİNDƏ XİLASEDİCİ KÖYNƏKLƏR OLSAYDI...

Günəşli yatağında yanğından xilas olan şahid danışır...
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

Neftçi deyir ki, itkin düşənlərin əyinlərində xilaedici köynək olsaydı, suyun üzündə qalardılar:

“Deyirlər əyinlərində xilasedici köynəkləri olub. Qayıqlara minəndə əyinlərində xilasedici köynək olmalıydı. Hadisə baş verən kimi onu geyinməliydilər. Quruda – neft-qaz çıxarma idarələrində buna güclü riayət edirlər. Bəlkə də geyinməyiblər. Geyinsəydilər, məntiqlə, suyun üzündə ola bilərdilər. Demək, qəza vaxtı xilasedici köynəklər geyinilməyib. Ancaq qəza baş verməmişdən də güclü külək əsirdi, geyinilməliydi. Özü də bir gün qabaq dənizdə budka suya düşmüşdü. Buna hazır olmaq lazım idi. Bəlkə də orda işləyən mühəndislərin səhlənkarlığı olub. Geyinsəydilər, batsaydılar belə, suyun üzündə qalmalıydılar, ancaq indi tapılmırlar”.

“ONLARIN YERİNDƏ MƏN OLA BİLƏRDİM”

“1949-cu ildə Neft Daşları yaranan vaxtlardan bəri dənizdə bu dərəcədə güclü külək olmayıb. Çox dəhşətli, misli görünməyən hava şəraiti olub. Bu vaxta qədər dənizdə 40 metrdən yuxarı külək, 10-12 metr hündürlükdə dalğa olmayıb. 35 ildir dənizdə işləyirəm, 35 ildir belə şey görməmişəm. Mən indiyə qədər Xəzər dənizində belə külək, belə hava görməmişəm”.

ARDNŞ-nin rəsmisi: "Qayığın hissəsini 50 km uzaqda tapdıq"
Gözlə

No media source currently available

0:00 0:05:19 0:00

Bunu isə AzadlıqRadiosuna Neft Daşları Qaz Çıxarma İdarəsinin 2 saylı qazçıxarma sexində usta Qahir Ədilov deyir. Usta özü həmin gün işdə olmayıb:

“Quruda olsam da gecə-gündüz fikrimiz orda olub, mütəmadi əlaqə saxlamışıq. Təhlükəsilzik köynəkləri geyinibmişlər. Təhlükəsizlik köynəyi 10 -12 metr dalğada heç nədir. Daldalanacaq bir yer yox, bir şey yox, dənizin tən ortasında. Hələ özümə gələ bilmirəm, onların hər birinin yerində ola bilərdim”.

BU DƏHŞƏTLİ FƏLAKƏT İDİ

Qahir Ədilov hesab edir ki, baş verən təbii fəlakətdir:

“Həmin vaxt 38-40 metr külək əsib. Sutka yarım, 2 sutkaya yaxın hava imkan verməyib ki, axtarış aparılsın. Həmin vaxt heç bir nəqliyyat vasitəsindən istifadə oluna bilməz. Heç bir nəqliyyat vasitəsi deyə bilməz ki, 10-12 metr dalğalı dənizdə insan axtarıram”.

Neftçi deyir ki, kəskin hava şəraiti vaxtı dənizdə təhlükəsilik tədbirləri görülür, neftçilər təhlükəsiz yerlərə cəmləşir:

“Küləkli havadasa idarə, şirkət rəhbərliyi tərəfindən təcili telefonoqramalar gəlir ki, “ehtiyatlı olun”.

İnsanlar təhlükəli yerlərdən çıxarılır, bir yerə cəmləşir. Ancaq bu vaxta qədər belə hava olmayıb. Neftçi qardaşlarımız iş yerlərində yatır. Özül möhkəmdir, qırılmayıb. Adi bir məqamdan qaz xəttindən hardansa vurub qopardıb, sıçrayış olub. Qığılcımdan yanğın olub. Bu, böyük təbii fəlakətdir”.

"Yanğın birbaşa platformanın ortasına yayıldı"
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

XS
SM
MD
LG