Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:21

SİM kart alan barmaq izini verəcək


Arxiv fotosu
Arxiv fotosu

-

Tacikistan parlamenti ölkədə satılmış 7 milyonluq aktiv mobil telefon kartlarının yenidən qeydiyyatdan keçməsi üçün müvafiq qanuna düzəliş edib.
Hökumət bununla ölkənin təhlükəsizlik sistemini bərkitmək, qonşu Əfqanıstandakı yaraqlıların Tacikistandan qeydiyyatdan keçən mobil nömrələrdən istifadəsinin qarşısını almaq istəyir.

Bundan başqa, indidən belə yeni telefon nömrəsi alanlar pasport məlumatları ilə yanaşı barmaq izlərini də satıcıya verəcəklər.

Tacikistanın təhlükəsizlik nazirinin müavini dekabrın 2-də parlamentdəki çıxışı zamanı bildirib ki, Əfqanıstanda Taliban yaraqlılarının çoxu tacik SİM kartı işlədir və buna nəzarət etməkdə boşluqlar var.

“Hücumlar qeyri-leqal satılan nömrələr vasitəsilə hazırlanır”

Nazir müavini Mansur Umarov deyib ki, SİM kartın qeyri-leqal satılması ilə mübarizə aparacaq.

Shukurjon Zuhurov
Shukurjon Zuhurov

Parlamentin spikeri Shukurjon Zuhurov deyib ki, sentyabrda Düşənbə və digər yerlərdə 20-dən çox adamın ölümü ilə nəticələnən hücumların hazırlığı “belə mobil nömrələrlə” aparılır.

Hökumət bu hücumlarda keçmiş müdafiə nazirinin müavini, hərbi əməliyyatlarda öldürülən Abduhalim Nazarzoda-nı günahlandırmışdı.

Parlamentin təhlükəsizlik komitəsinin rəhbəri Jurakhon Majidzoda AzadlıqRadiosuna müsahibəsində deyir ki, bir çox cinayətkarlar cinayətin planlaşmasında 10-15 SİM kart işlədirlər. O əlavə edir ki, qanuna edilən düzəliş təhlükəsizliyin möhkəmləndirilməsində və cinayətlərin qarşısını almaqda yardım edəcək.

“Hazırda Pakistan daxil bir çox ölkələr cinayət hadisələrinin araşdırılmasında mobil telefonların qeydiyyatından istifadə edir. Pakistan bu ilin əvvəlində ölkədə mobil telefon istifadəçilərinin şəxsi məlumatlarını qeydə almağa başlayıb.

YENİ QƏRARIN ZƏRƏRİ

Tacikistan rəhbərliyi deyir ki, eyni işi onlar da aparacaq. Hakimiyyət hesab edir ki, aktiv SİM kartların yenidən qeydiyyatı 12 ay çəkə bilər. Bundan sonra SİM kart istifadəçiləri hər il yenidən qeydiyyatdan keçəcəklər.

Bunu da oxu: Qazaxıstanda zəhərli tullantılar olan sahə yaxınlığındakı kənd boşaldılır

Reqistrasiyanı mobil telefon xidməti provayderləri aparacaq.

Tacikistanın Mobil Telefon Xidməti Provayderləri Assosiasiyasının rəhbəri Ghafurjon Erkaev deyir ki, bu, xeyli vaxt və pul tələb edir. Üstəlik, provayderlər yenidən qeydiyyatı necə aparacaqlarını bilmirlər. Onun sözlərinə görə, minlərlə müştəriləri ölkədən kənarda yaşayır, 1 milyondan çox miqrant müştəri var və onların çoxu ildə bir dəfə evlərinə qayıdır.

Bəzi SİM kart satanlar hesab edirlər ki, barmaq izi və yenidən qeydiyyatdan keçmə tələbi onların biznesini zədələyəcək.

Akmal Qurbonov adlı SİM kart satıcısı deyir ki, kardlar ucuzlaşandan sonra adamlar tez-tez kart alırdılar: “Məsələn, kiminsə nömrə xoşuna gəlirdi, ya öz nömrəsini itirirdi, gəlib yenisini alırdı. Adamlar bütün günü üzərlərində pasport gəzdirmir ki”.

Statistikaya görə, ölkədə 12 miyona yaxın SİM kart satılıb. Kartın dəyəri 77 sentdən 1.50 dollara qədər dəyişir.

XS
SM
MD
LG