Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:24

Müalicə almaq istəyirsən, get öz dərmanını al gətir...


►Səhiyyə Nazirliyi 126 milyon manatlıq dərman alıb

Amma xəstələr əvvəlki kimi dərmanı öz pullarına aldıqlarını deyirlər

Azərbaycanda dövlət xəstəxanalarında müayinə və müalicə rəsmən pulsuz olsa da, xəstələr gileylənirlər ki, təyin olunan dərmanları öz hesablarına almalı olurlar.

Sumqayıtdakı xəstəxanalardan birində həzm sistemi orqanlarının xəstəliyindən müalicə olunan Əsmayə Novruzova deyir ki, bir neçə gün çəkən müalicəyə 100 manata yaxın pul, yəni aylıq əmək haqqının təxminən üçdə biri qədər vəsait ödəməli olub:

“Həkim gərək olan dərmanların siyahısını verdi, dedi ki, dövlət bizə heç nə vermir. Müalicə olunmaq istəyirsən, get, tap, gətir. Əlacım nə idi? Aptekdən aldırıb gətirdim. Əsas odur ki, indi xəstəliyimdən çox şikayətçi deyiləm”.

Səhiyyə Nazirliyi isə bu günlərdə ilin əvvəlindən bəri həyata keçirdiyi satınalmaların nəticələrini açıqlayıb. Nazirliyin İnnovasiya və Təchizat Mərkəzi 52 tender üzrə 11 yerli və xarici şirkətlə 126 milyon 212 min manat həcmində ikitərəfli və çoxtərəfli müqavilələr bağlayıb.

Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına görə, ən iri məbləğə olan satışlar Britaniyanın “Pharmex Healthcare Products” şirkətinin payına düşür. Bu şirkət 24 tenderdə qalib gəlib və 42 milyon 248 min manatlıq sifariş qazanıb. Bundan başqa, daha bir bir neçə çoxmilyonlu təchizat müqaviləsini digər şirkətlərlə bölüşüb.

Azərbaycanın “AvroMed Company” şirkəti 8 tenderdə qalib gəlib və Səhiyyə Nazirliyinin 38 milyon 619,2 min manatlıq dərman və başqa tibbi vasitələri ilə təchizatını boynuna götürüb.

“Arash Medikal Company” MMC təkbaşına qalib gəldiyi 7 tenderin nəticəsinə görə, bu il 6 milyon 391,8 min manatlıq təchizatı həyata keçirir. Şirkət daha bir neçə iri həcmli tenderləri “Güllübulaq”, “MedicLine”, “BostiAz”, “Albatros Healthkeyr”, “Labservis LTD” Pharmex Healthcare Porducts LTD” şirkətləri ilə birgə qazanıb.

Buna da bax: Yağış yolları bağladı

Ayrı-ayrı xəstəliklərə qarşı alınan dərmanlara gəlincə, bu il şəkərli diabet xəstələri üçün dərman və tibbi təyinatlı vasitələrin alınması üçün nəzərdə tutulmuş 35,8 milyon manatın 31 972 min manatından istifadə olunub. Bütün təchizat işlərini “AvroMed Company” MMC icra edir.

Sövlət Statistika Komitəsinin hesabatında deyilir ki, ölkədə talassemiya xəstələrinin sayı 3000-ə yaxındır. Daha 1500-dək şəxs hemofiliyadan əziyyət çəkir. Bunu isə “Trend”ə açıqlamasında Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova deyib. Bu il qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət büdcəsində 21,8 milyon manat nəzərdə tutulub. Başqa sözlə, hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsi dövlət büdcəsinə orta hesabla 4850 manata başa gəlir.

Böyrək çatışmazlığı olan xəstələrin müalicəsinə ayrılan 26,5 milyon manatın 21,3 milyon manatı “Pharmex Healthcare Products LTD” və “Fresenius General Trading LLC” şirkətləri arasında bölünüb.

Dolayısıyla, təkcə dövlət təşkilatlarının ehtiyacları üçün xaricdən alınan dərmanlar ölkəyə gətirilən dərmanların toplam dəyəri ilə ifadə oluna bilən miqyasdadır. O zaman əczaxanalarda satılan dərmanların ölkəyə necə daxil olduğu qaranlıq qalır.

Bu ildən dərmanlar, laboratoriya vasitələri, tibb avadanlığı və s. tibbi preparatları yerli qurumlar deyil, mərkəzləşdirilmiş qaydada Səhiyyə Nazirliyi alır və bölüşdürür. Yerli səhiyyə şöbələri təmir və ərzaq təminatı işlərini müstəqil yerinə yetirirlər.

Buna da bax: Naqif Həmzəyev: «Mənim bir liderim var»

Maliyyə Nazirliyinin məlumatına görə, 2015-ci ildə təkcə dərman və digər tibbi vasitələrin alınmasına dövlət büdcəsindən 209,3 milyon manat, yəni 2014-cü ildəkindən 32,4 milyon manat çox xərclənəcək. Buraya şiş xəstəliklərinə qarşı Milli Onkologiya Mərkəzinə ayrılmış 42,2 milyon manat vəsait də daxildir.

Dövlət Gömrük Komitəsi bu ilin 9 ayında sərhəddə bəyan etməklə ölkəyə 196 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsullarının gətirildiyini bəyan edir. Səhiyyə Nazirliyindən başqa dərman və digər əczaçılıq məhsullarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və başqa dövlət qurumları da xaricdən satın alır.

Dolayısıyla, təkcə dövlət təşkilatlarının ehtiyacları üçün xaricdən alınan dərmanlar ölkəyə gətirilən dərmanların toplam dəyəri ilə ifadə oluna bilən miqyasdadır. O zaman əczaxanalarda satılan dərmanların ölkəyə necə daxil olduğu qaranlıq qalır.

XS
SM
MD
LG