Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:28

Ekspert: Rusiya Azərbaycanı da cəzalandıra bilər


Bazar
Bazar

-

Rusiya Türkiyədən meyvə-tərəvəz gətirilməsinə qadağa qoyub. İnflyasiya amili gözə alındığından, qadağa 3-4 həftə sonra tətbiq ediləcək.

Rusiyanın baş naziriDmitry Medvedev Türkiyəyə sanksiyalardan danışıb: «Biz türk iş dünyasının bu böhranda heç bir günahı olmadığını bilirik. Onlar Türkiyə rəhbərliyinin davranışının əsiri oldular. Ancaq təəssüflə, zərər görəcəklərini də qəbul etmək məcburiyyətindəyik».

İlin ilk 11 ayında Rusiya Türkiyədən 704 milyon 600 min dollarlıq meyvə-tərəvəz idxal edib.

Rusiyanın Türkiyəyə sanksiya tətbiqinin təsirlərinə dair müzakirələr 2 istiqamətdə gedir: 1) Ticari əlaqələrin kəsilməsindən hansı ölkə daha zərərli çıxacaq? 2) Bu sanksiyaların Azərbaycana hansı faydası ola bilər?

«RUSİYA FERMERLƏRİ DAHA ÇOX İTİRƏCƏKLƏR»

İqtisadçı ekspert Qalib Toğrul sanksiyalardan Rusiyanın özünə də zərər toxunacağına diqqət çəkir: «Son statistikaya görə (2014), Rusiyanın Türkiyədən idxal etdiyi ərzaq və kənd təsərrüfatı məhsullarının dəyəri 1 milyard 350 milyon, ixracın dəyəri isə 2 milyard 850 milyon dollardır. Göründüyü kimi, eyni məhsul qrupu üzrə fərq 1 milyard 500 milyon dollar Rusiyanın xeyrinədir.Deməli, Avropanın embarqosundan əziyyət çəkən Rusiya fermerləri bu dəfə də Putin-in gərəksiz eqosundan ziyana düşəcəklər».

Ekspert əlavə edir ki, Türkiyə Rusiyaya ixrac etdiyi ərzaq və kənd təsərrüfatı məhsullarının bir hissəsini Şimali İraqa yönəldə bilər: «Digər hissəsini isə daxili bazarda reallaşdırmaqla fermerləri vəziyyətdən çıxarar. Çox güman, daxili bazara yönəldilən hissənin hesabına qiymətlər ucuzlaşar. Bu prosesdə Türkiyədəki fermerlərmüəyyən itkilərlə üzləşəcək, ancaq məncə, rusiyalı fermerlərin itkisi daha böyük olacaq».

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

SANKSİYALAR AZƏRBAYCAN FERMERİNƏ «YAŞIL İŞIQ» YANDIRA BİLƏR?

Ankara-Moskva gərginliyinin ardından müzakirə olunan əsas mövzulardan biri Türkiyə iş adamlarından boşalan Rusiya bazarının Azərbaycan fermerlərinə yeni imkan yaratmasıdır. Kənd təsərrüfatı məsələləri eksperti Vahid Məhərrəmov bu ehtimalı o qədə də inandırıcı saymır:

«O məhsulları Türkiyədən Rusiyaya, əsasən, azərbaycanlılar gətirirlər. Həmin məhsulların Rusiyadakı istər topdan, istərsə pərakəndə satış şəbəkələri də, əsasən, azərbaycanlıların əlindədir. O səbəbdən Rusiyanın Türkiyəyə tətbiq etdiyi ərzaq sanksiyası Rusiyada yaşayan azərbaycanlıların biznesinə çox ciddi təsir göstərə bilər. Deməli, sahibkarlar Türkiyə məhsullarını Azərbaycanda yenidən qablaşdırıb, Rusiyaya ixrac etmək haqqında düşünə bilərlər».

Ekspertin fikrincə, bu üzdən Rusiyanın Azərbaycana da qarşı sanksiya tətbiq etməsi mümkündür: «Ümumiyyətlə, bu sanksiyanın Azərbaycana bir çox ciddi təsiri olacaq. Rusiyadakı azərbaycanlılar Türkiyədə yetişdirilən kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olduqlarına görə, sözügedən qadağa həmin sahibkarların gəlirini azaldacaq. Bu, birmənalı olaraq baş verəcək. Digər ölkələrə üz tutmaqsa, müəyyən vaxt tələb edir».

Vahid Məhərrəmov Rusiyanın Türkiyəyə tətbiq etdiyi ərzaq sanksiyasının Azərbaycana da mümkün təsirinə toxunur: «Azərbaycanın özü bəzi məhsulları xaricdən idxal edir. Həmin məhsulların bir hissəsini Türkiyədən gətirməklə, daxildə qiymət artımının qarşısı alına bilər. Bilirsiniz ki, hər bayramda bizdə qiymətlər sıçrayışla artır və belə məhsul bolluğu yaranarsa, bu, əlbəttə, qiymət artımının önünü kəsər. Axı bizim sahibkarlar hətta bolluq yarananda da qiyməti aşağı salmırlar. Çalışırlar ki, daha çox gəlir əldə etsinlər».

XS
SM
MD
LG