Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:13

Oqtay Əsədov yenidən spiker seçildi


Milli Məclis
Milli Məclis

-

Noyabrın 24-də Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərlə əlaqədar MSK-nın təqdim etdiyi sənədləri yoxlayaraq, seçkilərin yekunlarını təsdiq edib. Həmən gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçirilib.

Yazı yenilənir. Ən son xəbər əvvəldədir.

Vitse-spikerlər də əvvəlkilərdir

Parlamentin bugünkü iclasında vitse-spikerlər də seçilib. Ziyafət Əsgərov birinci vitse-spiker qalıb. Bahar Muradova və Valeh Ələsgərov da vitse-spikerlərdir.

Z.Əsgərov və B. Muradova, spiker Oqtay Əsədov kimi, hakim Yeni Azərbaycan Partiyasının üzvləridir. V.Ələsgərov isə bitərəfdir.

Oqtay Əsədov yenidən parlamentin sədridir

Milli Məclisin noyabrın 24-də yeni tərkibdə keçirilən ilk iclasında parlamentin sədri vəzifəsinə deputat Oqtay Əsədovun namizədliyi irəli sürülüb.

Oqtay Əsədov Milli Məclisin sədri vəzifəsinə onun namizədliyinin irəli sürülməsinə görə YAP sədrinə və partiya üzvlərinə minnətdarlığını bildirdi.

Gizli səsvermədən sonra Oqtay Əsədov yenidən parlamentin sədri olub.

İlham Əliyev parlamentin ilk iclasında çıxış edib

Parlamentin iclasına sədrlik edən Fəttah Heydərov Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. Çıxış üçün ilk sözü prezident İlham Əliyevə verib.

Prezident iclasda nitq söyləyib.

Daha sonra iclasın sədri Hesablayıcı Komissiyanın tərkibinə namizədlərin adlarını elan edib. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, namizədlər bütövlükdə səsə qoyularaq təsdiq edilib.

Xəbəri president.az saytı yayıb.

Parlament yeni tərkibdə işinə başlayıb

Noyabrın 24-də Milli Məclisin yeni tərkibdə ilk iclası işinə başlayıb.

Prezidenti İlham Əliyev də iclasda iştirak edir.

Bu haqda president.az saytı məlumat yayıb.

İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıb. Deyib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını ən yaşlı deputat aparır. Bu missiya Milli Məclisin deputatı Fəttah Heydərova nəsib olub.

İclasa sədrlik edən Fəttah Heydərov beşinci çağırış Milli Məclisin iclasını açıq elan edib.

İclasda təşkilati məsələlərə baxılacaq. Milli Məclisin sədri, müavinləri, komitələrin sədrləri seçiləcək.

+++

Bu gün V çağırış Milli Məclisin ilk sessiyası keçiriləcək.

Milli Məclisin ilk sessiyasında Milli Məclisin sədri və sədrin müavinləri seçiləcək. Sessiyada parlamentin komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsi də nəzərdə tutulub.

Təsdiq olundu

Konstitusiya Məhkəməsi V çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsini təsdiq edib.

Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib.

+++

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev dinləmələrdən sonra bildirib ki, məhkəmənin hakimləri Milli Məclisə seçkilərlə bağlı sənədləri araşdırıb qərar qəbul etmək üçün müşavirə otağına getməlidir. Bundan sonra iclasda fasilə elan edilib.

+++

Noyabrın 24-də Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası başlayıb.

İclasda Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, 2015-cu il noyabrın 1-də keçirilmiş parlament seçkilərinin nəticələrinin yoxlanılması və təsdiq olunmasına baxılır.

Trend-in məlumatına görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açıq elan edib.

Məhkəmə heyəti və katibi təqdim edilib. Bundan sonra məruzəçi hakimin seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumatı dinlənilir.

XS
SM
MD
LG