Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:05

Yeni parlamentin tərkibi necə olacaq?


Parlament.
Parlament.

-

Artıq parlament seçkiləri arxada qalıb. Mərkəzi Seçki Komissiyası (MSK) qaliblərin ilkin siyahısını da ictimaiyyətə təqdim edib. Bu siyahıya əsasən, deputat mandatına görə, Yeni Azərbaycan Partiyası yenə öndədir. Hakim partiyaya 71 mandat düşür. Deputat seçiləcəkləri gözlənilən şəxslərdən 42-i isə bitərəfdir. Yerdə qalır cəmi 12 mandat. Bu da 11 partiya arasında bölünür. Bu partiyalardan yalnız birinə-Vətəndaş Həmrəyliyi Partiyasına 2 mandat düşür. Onun da sədri Sabir Rüstəmxanlı bu dəfə parlamentə düşmədi. Halbuki, o, Azərbaycanda keçirilən son 5 parlament seçkilərinin hamısından qalib çıxmışdı.

Payına bir mandat düşən, qalan 10 partiya isə bunlardır:
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP), Böyük Qurtuluş Partiyası (BQP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP), Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), «Ana Vətən» Partiyası (AVP), «Vəhdət» Partiyası (VP), Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP) və Vətəndaş Birliyi Partiyası (VBP) .

27 YENİ, 11 ÖMÜRLÜK DEPUTAT...

Bu siyahıya görə, yeni deputatların 21-i isə xanımdır. Ümumilikdə isə Milli Məclisə 27 yeni simanın düşəcəyi gözlənilir. Ancaq onların arasında elələri də var ki, sanki qismətlərinə daimi deputatlıq düşüb. Yeni tərkibdə düz 11 nəfər 1-ci çağırış (1995) parlament seçkilərindən üzü bəri deputat seçilir. Onlardan bəzilərinin deputatlıq ömrü daha uzundur. Yəni Azərbaycanda sovetlər dönəmindən deputat seçilirlər...

XS
SM
MD
LG