Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:25

AŞPA: «Səslərin sayılmasında nöqsanlar olub, amma…»


Avropa Şurası.
Avropa Şurası.

-

«Seçki pozuntusunun şahidi olmamışıq. Bir neçə məntəqədə bülletenlərin topa atılması qeydə alınıb. Bununla bağlı MSK-ya məlumat verilib ki, araşdırılsın».

Noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərinə dair AŞPA Seçki Müşahidə Missiyasının hesabatında belə deyilir.

Bəyanatda bildirilir ki, seçkilər Azərbaycanın Seçki Məcəlləsinə uyğun baş tutub:

«Səsvermə prosesinin adekvat və ümumilikdə beynəlxalq standartlara uyğun olduğu müşahidə edilib. Səs verənlərin seçki məntəqələrinə girişinə maneə olmayıb və müşahidəçilər tərəfindən heç bir hadisə qeydə alınmayıb. MSK prosesin şəffaflığına töhfə verərək mütəmadi məlumatlar dərc edib».

Bəyanatda bir neçə seçki məntəqəsində kiçik bülleten xətalarının müşahidə edildiyi də deyilir:

«Missiya bunun mənbəyini və ya məsuliyyətini müəyyən edə bilməsə də, buna görə təəssüf edir və MSK-nı bu uyğunsuzluğu lazımi qaydada araşdırmağa çağırır».

Sənəddə seçki materialları yaxınlığında heç bir polis əməkdaşına rast gəlinmədiyi qeyd edilir və seçki məntəqələrinin 20 faizindən çoxunda vebkameraların olması müsbət dəyərləndirilir.

«NÖQSANLAR ÜMUMİ NƏTİCƏYƏ TƏSİR ETMƏYİB»

AŞPA-nın Seçki Müşahidə Missiyasının rəhbəri ispaniyalı deputat Jordi Xuclà səslərin sayılmasında nöqsanlar olduğunu bildirsə də, bunun təcrübəsizlikdən qaynaqlandığına diqqət çəkib:

«Səslərin sayılmasında nöqsanlar olub. Bu, seçki komissiyasında çalışanların təcrübəsizliyi səbəbindən baş verib. Lakin bu amil seçkinin nəticəsinə təsir etməyib».

J.Xuclà bəyanatın açıqlandığı mətbuat konfransında ATӘT/DTİHB və ATӘT PA-nın Azərbaycana müşahidə missiyası göndәrməməsindən təəssüfləndiyini, amma bunun seçici fəallığına təsir göstərmədiyini dilə gətirib:

«Çoxsaylı müşahidəçilər vardı. Seçici fəallığında әhәmiyyәtli artım olub. Seçkilər xalqın iradəsini tam ifadə edib».

«İNSAN HAQLARI SAHƏSİNDƏ PROBLEMLƏR QALMAQDADIR»

Hesabatda Azərbaycanda insan haqları sahəsində problemlərin qalmaqda olduğu da əksini tapıb:

«Azərbaycanı insan hüquqlarının müdafiəsi sahəsində tәcili tәdbirlәr görmәyә çağırırıq. Missiya Azәrbaycan hakimiyyәtini Venesiya Komissiyasının tövsiyәlәrini, o cümlәdәn demokratik institutların fәaliyyәti ilә bağlı tövsiyәlәrini nәzәrә almağa çağırır. AŞPA öz öhdәlikәrini yerinә yetirmәk üçün Azәrbaycanla әmәkdaşlığa davam edәcәk».

AŞPA müşahidə missiyasını noyabrın 1-də keçirilən parlament seçkiləri izləmək üçün Azərbaycan hakimiyyəti dəvət edib. Müşahidəçilər ölkənin bir neçə rayonunda və Bakıda səsvermənin gedişini izləyiblər.

XS
SM
MD
LG