Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:20

2016 Rusiya üçün ağır il olacaq


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

«Moody's» beynəlxalq reytinq agentliyinin əməkdaşı Kristin Lindow-un proqnozuna görə, 2015-ci ildə Rusiya UDM-si 3 faiz, 2016-cu ildə isə 0.5-1.5 faiz azalacaq. Gələn ilin sonunda «Brent» markalı neftin bir barelinin 60 dollar olacağı gözlənilir.

Başqa reytinq agentliyi - «S&P» da Rusiyanın iqtisadi durumunu tünd boyalarla təsvir edir. Agentliyin gözləntisinə görə, bu il Rusiyada ÜDM 3.6 faiz azalacaq (bundan əvvəl 2.6 proqnozlaşdırılırdı).

MİNİMAL ARTIM 0.3 FAİZ OLACAQ

2016-ci ildə isə Rusiya iqtisadiyyatında 0.3 faiz minimal artım gözlənilir. Aşağı neft qiymətləri isə uzun müddət davam edəcək, - «S&P» ekspertləri belə hesab edirlər.

2016-cı ildə «Brent» markalı neftin bir barrelinin orta illik qiyməti 55 dollar olacağı gözlənilir, bir müddət öncə 65 dollar səviyyəsində nəzərdə tutulurdu.

«NEFTİN QİYMƏTİ UZUN MÜDDƏT AŞAĞI OLACAQ»

«Moody's»in əməkdaşı Lindow həmkarlarının proqnozları ilə razılaşır: «Reallıq budur ki, neftin qiyməti uzun müddət aşağı olacaq». Onun fikrincə, Rusiyada tənəzzülün ən aşağı həddi yaxınlaşır: «Ya dördüncü rübdə, ya da gələn ilin birinci rübündə iqtisadiyyat ən aşağı həddə düşəcək». Lindow Rusiya iqtisadiyyatına vurulan zərərləri sadalayır: sanksiyalar, Rusiya kompaniyalarının kapitala çıxışının çətinləşməsi, neftin aşağı qiymətləri, Ukrayna münaqişəsi, büdcə defisitinin artması, dövlət maliyyə resurslarının ixtisarı.

BVF DA RUSİYA ÜÇÜN BƏDBİN DANIŞIR

Beynəlxalq Valyuta Fondu da Rusiya iqtisadiyyatı üçün ürəkaçan proqnoz vermir. Rusiya ÜDM-sində bu il 3.4 faiz azalma proqnozlaşdırılırdısa, artıq enmə gözləntisi 3.8-ə çatıb. Qurumun 2016-cı illə bağlı gözləntisində nəzərəçarpacaq dəyişiklik olub: BVF iqtisadiyyatda bərpaedici artım (+0.2%) proqnozlaşdırırdısa, indi hesab edir ki, resessiya (-0.6%) davam edəcək.

Bu ilin yanvar-avqust aylarında Rusiya ÜDM-sində 3.8 faiz enmə qeydə alınıb. İqtisadı İnkişaf Nazirliyi bunu 3.9 faiz proqnozlaşdırmışdı. 2016-cı il üçün isə iqtisadiyyatda 0.7 faiz artım nəzərdə tutulub.

Prezident Vladimir Putin bu günlərdə bəyan edib ki, Rusiya iqtisadiyyatında böhranın pik həddi artıq keçilib.

XS
SM
MD
LG