Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:14

Fəhlələrin maaş tələbi...


Fəhlələrin etirazı.
Fəhlələrin etirazı.

-

«5 aydır əmək haqlarımız yığılıb, şirkət ödəmir. İşləmişik, maaşımızı ala bilmirik. Şəxsən mənim 3 min manat alacağım var. Gəlirik, yığışırıq bura, biri qarşımıza çıxmır. Elə içəridən xəbər göndərirlər ki, müdir yerində yoxdur».

Bunu AzadlıqRadiosuna «Azərinşaatservis» MMC-dən aylarla yığılıb qalmış məvaciblərini ala bilməyən Müseyib Musayev deyir.

Oktyabrın 13-də saat 11.30-dan başlayaraq azı 100 nəfər fəhlə şirkətin Dərnəgüldə yerləşən ofisinin qarşısına toplaşıb. Onlar aylarla yığılıb qalmış maaşlarını tələb edir.

İŞÇİLƏRƏ 2 MİLYON 500 MİN MANAT BORC VAR

Müseyib Musayevin dediyinə görə, aylıq maaşı 1000 manat olub. 1 ay öz hesabına məzuniyyətə buraxılıb. Sonrakı 3 aylıq maaşını isə ödəmirlər:

«Təsəvvür edin ki, şirkətin 1100 nəfər işçisi var. Heç birinin də maaşı aylardır ödənilmir. Şirkətin işçilərə 2 milyon 500 min manat borcu var. Bu qədər pulu kim yeyib? Kimin cibinə axıb bu pullar? Gah deyirlər, rəhbərliyi tutublar, gah deyirlər, ofisdə yoxdur».

Şirkətin başqa işçisi Rafiq Ramazanov da maaş tələbi ilə şirkətin ofisinin qarşısına gəlib:

«Masallıda, Xaçmazda, Ağdaşda, neçə-neçə rayonlarla yol tikintilərində işləmişik. Yay, qış bilməmişik. İşləmişik ki, pulumuzu o, bu yesin? Çıxsınlar, bizə cavab versinlər. Fəhlələrin çoxu rayonlarda yaşayır. Neçə dəfə gəldilər-getdilər, biri çıxıb maraqlanmadı ki, adam uzaq yoldan gəlib, pulunu verək, getsin. Adamlar hər dəfə oradan-burdan borc-xərcə girib yolpulu edib Bakıya halal zəhmət haqqısını tələb etməyə gəlir. Artıq yol pulları da tükənib, gələ bilmirlər».

«AZƏRYOLSERVİS»Ə GEDİRLƏR

Fəhlələr deyirlər, dördüncü dəfədir ki, buraya toplaşırlar. Ancaq qarşılarına çıxan olmadığına görə oradan «Azəryolservis»ə üz tutublar.

«Əgər orda da qarşımıza çıxan olmasa, Nəqliyyat Nazirliyinin qarşısına gedəcəyik. Maaşlarımızı almayanadək Nazirliyin qarşısında çadır qurub gecələri orada qalacağıq», - bunu AzadlıqRadiosuna fəhlələr deyib.

«Azərinşaatservis» MMC-nin rəsmi saytında qeyd olunan əlaqə telefonları isə susur.

Saytımızı izləyin, gün ərzində qurumdan münasibət almağa çalışacağıq.

XS
SM
MD
LG