Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:43

Rayon maşınlarına qadağa qoyanları məhkəməyə verir


Afət Yaqubova
Afət Yaqubova

►Sumqayıt sakini: “Bu qərarı kim, hansı qurum imzalayıbsa, məhkəməyə verəcəm”

Sumqayıt sakini, xırda biznes sahibi Afət Yaqubova ölkə regionlarında qeydiyyatda olan avtomobillərin Bakıya girişinə qoyulan məhdudiyyətlərlə bağlı məhkəməyə üz tutmaq fikrindədir.

O, AzadlıqRadiosuna müsahibəsində bu məhdudiyyətin gətirdiyi narahatlıqlar və problemlərlə bağlı danışıb:

- Əvvəlcə onu deyim ki, 99 nömrəsi ilə başlayan avtomobillərin paytaxta girişi ilə bağlı hər hansı rəsmi xəbərdarlıq verilməmişdi. Ofisim Bakıda yerləşir. Sumqayıtdan çıxıb Xırdalana çatanda maşını saxladılar. Harada qeydiyyatdan keçdiyini yoxladılar, Sumqayıt qeydiyyatı olduğu üçün buraxmadılar. Məcbur olub geri qayıtdım. Bir neçə gündür ki, evdə oturmağa məcbur olmuşam.

Buna da bax: Rusiya raketləri «İslam Dövlətini Xəzərdən vurub»

- Bakı-Sumqayıt qatarı istifadəyə verilib. Tələbatınızı ödəmirmi?

- Mən işdən adətən gec çıxanam. Yəni öz işimdi, işçilər 6-da çıxıb gedir, amma mən çalışıram. Bakı-Sumqayıt qatarının axırıncı reysi 8-in yarısındadır. Demək, mən hardasa saat 7-də dəmiryol vağzalında olmalıyam. Amma mənim işlərim var, bəzən görüşlərim olur. Tələbə deyiləm, məktəbli deyiləm, saat 6-da iş vaxtı bitən kimi çantasını götürüb ofisdən çıxan sıravi işçi deyiləm, bir iş adamıyam, ləngimələrim ola bilər, işimi qatarın rejiminə görə qura bilmərəm axı.

- Afət xanım, Xırdalan yaxınlığında pulsuz dayanacaq yaradılıb, maşınınızı ora qoya bilməzsinizmi?

- Bir müddət əvvəl Bakıda örtülü dayanacaq yerində maşınımı əzmişdilər. Tələb elədim ki, kameraya baxıb həmin sürücüləri tapsınlar, dedilər ki, kamera yalnız əsas yolları göstərir, maşınların arasını yox. Maşının əzilməsinə də məsuliyyət daşımadılar. Bunu niyə deyirəm? İndi Xırdalandakı o çöllükdə dövlət hesabına maliyyələşən bir dayanacaqda avtomobilimə zərər dəyərsə, kim bunu mənə ödəyəcək? Çünki heç kim mənimlə müqavilə imzalamır, müqavilə ilə heç bir öhdəlik götürülmür, maşınıma filan-filan zərərlər dəyərsə, bu məsuliyyəti daşıyacaq bir kimsə yoxdur. Buna görə də etibar edib maşınımı çölün düzündəki dayanacağa qoya bilmərəm. İkincisi, sizə bir şey deyim, əvvəl Sumqayıt-Bakı yolunda tıxac avtovağzalın girişində olurdusa, indi tıxac Qafqaz Universiteti tərəfə çəkilib və ordan 1 saata zorla 20 yanvar dairəsinə çatırsan. Bundan başqa, şəxsi avtomobilimlə Sumqayıtdan Xırdalana, Sədərək yarmarkasına, Biləcəriyə, avtovağzala, Masazıra, Lökbatana gedə bilərəm. Amma buna da icazə vermirlər. Digər tərəfdən, maşını aldığım şirkətin bircə servisi var, o da Bakıda Babək prospektində yerləşir. İndi avtomobil xəbərdarlıq edir ki, maşını servisə aparmalıyam, mən günün hansı vədəsində getməliyəm servisə? Servis səhər saat 10-dan 6-ya qədər işləyir. Maşını cibiməmi qoyub aparmalıyam, ya uçurtmalıyammı? Rayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılmaması ilə bağlı vətəndaşlara çox böyük narahatlıqlar yaradırlar. Guya tıxacın qarşısı alınıb? O zaman Bakıda şəhər içi tıxac niyə aradan qalxmayıb? (Ardı aşağıda)

(Rayon maşınları şəhərə buraxılmır - Tıxacdan video)

Bu tıxacın uzunluğu nə qədər olar?
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

Buna da bax: Avropa Şurası birgə işçi qrupdan çıxır

- Bildiyimizə görə, məhkəməyə müraciət etmək istəyirsiz…

- Bəli, belə bir niyyətim var, vəkillə danışmışam. Mən bu ölkənin bir vətəndaşı, vergiödəyicisi kimi hökumətin qərarı kimi təqdim olunan, amma heç yerdə dərc olunmayan və şifahi göstəriş kimi tapşırılıb icra olunan bu məhdudlaşdırmadan əziyyət çəkirəm. Həm işim axsayır, həm də şəxsi rahatlığım pozulur. Müxtəlif yerlərdə görüşlərim ola bilər, mən hər dəfə taksidənmi istifadə etməliyəm? İstər maddi zərər, istər vaxt itkisi, istərsə də fiziki əziyyət baxımından, bu göstəriş – heç bir qanuni əsası olmadığından əminliklə belə deyə bilərəm – mənə narahatlıq yaradır. Çox istərdim bu məhkəmə perspektivində tək olmayım, əziyyət çəkən hər kəs mənə qoşulsun. Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istəyirəm. Bizim işğal altında olan rayonlarımız var, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan… Bu rayonların maşınlarına verilən avtomobil qeydiyyat nişanları saxlanıb. İndi bu rayonlar üzrə qeydiyyatda olan avtomobillərin sürücüləri nə etməlidi? Bu rayonların qaçqınlıq yükü təkcə respublikanın regionlarının yox, həm də Bakının üstünə düşür. O zaman Bakı niyə yaxasını kənara çəkir? Məsələn, Şuşa şəhər İcra Hakimiyyəti Bakıda yerləşir, Şuşa qeydiyyatlı maşınlar indi paytaxta girə bilməzlər?

- Rayon qeydiyyatlı avtomobillərin şəhərə buraxılmaması ilə bağlı qərarı baş nazirin müavini Abid Şərifov imzalayıb.

- Kimin imzalamasından asılı olmayaraq, ortada dərc olunmuş bir qərar yoxdur. Şifahi göstəriş xarakterli bir icraat var. Vətəndaş kimi mənim hüquqlarımı məhdudlaşdıran və dövlətin qanununu pozan bu göstərişdən şikayətlə bağlı da hazırda vəkillə məsləhətləşmələr aparırıq.

(Bakının girəcəyində rayon maşınlarına qadağa - Video)

Sürücü: "Başım çıxmır bu nə işdir?"
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

XS
SM
MD
LG