Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:27

"Göstərmək istəyirik ki, ölkədə müxalifət var"


Arif Hacılı
Arif Hacılı

►​“Namizədlərimiz basqılara məruz qalıb. Hakimiyyət strukturları onlara öz namizədliklərini geri götürməyi təklif edir.

Seçkidən sonra repressiyaya məruz qalacaqları ilə hədələyirlər.

Müsavat Partiasının namizədinin xeyrinə imza atanları polis çağırır, evinə polis gedir, imzalarından imtina etməsi üçün təzyiq edir."

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı belə deyir.

O qurultaydan sonrakı bir il müddətində partiyanın fəaliyyəti və parlament seçkiləri ilə bağlı mətbuat konfransı keçirib.

Başqan partiya namizədləri üçün imza toplanılmasına əngəllər yaradıldığını deyir.

Bildirir ki, regionlarda imza toplayanlara da, imza verənlərə də təzyiq edilir:

“40 mindən artıq imza toplamışıq. Bunları zərrə-zərrə toplamışıq. Bərdədə, Şamaxıda namizədlərimizin imzalarını oğurladılar.”

İmzatoplanmada əngəllər yaradılır
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

Buna da bax: Mirvari Qəhrəmanlının QHT-sinə "yaşıl işıq"

“…MÜXALİFƏT YOXDUR”

Bütün bunlara baxmayaraq, Arif Hacılı seçkidə iştirakın düzgün qərar olduğunu da dilə gətirir.

“Seçkiləri boykot etməklə cəmiyyətə belə bir mesaj verəcəkdik - müxalifət yoxdur. Müsavat Partiyası seçkilərdə iştirakla göstərir ki, müxalifət var. Bütün ağır şəraitə baxmayaraq iqtidara qaşrşı müqavimət göstərmək gücündə olan qurum, adam var.”

"Müxalifət yoxdur" mesajı
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00

Arif Hacılı əlavə edir ki, ölkədə demokratik seçki mühiti yoxdur. O, seçki nəticələrinin saxtalaşdırılacağını da istisna etmir.

“Səkkiz televiziyadan heç biri seçki təbligatı aparmır. Hətta hakim partiyanın da təbliğatı aparılmır. Hakimiyyət ümumiyyətlə ölkədə siyasi prosesin olmamasını istəyir.”

"Hakim partiyanın təbliğatı aparılmır"
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

Buna da bax: Tibbi sığortanın tətbiqi ilə bağlı yeni xəbər

“…QATI MÜXALİFƏT NÜMAYƏNDƏSİ”

Arif Hacılı indiyədək partiyanın 12 üzvünün namizədliyinin qeydə alındığını, 12-nin ləğv edildiyini 40 nəfər barədəsə hələik qərarın olmağını deyir.

Müsavat başqanının müavini Elman Fəttah deyir ki, imzatoplamada yaranan əngəllərlə bağlı hüquq-mühafizə orqanlarına və MSK-ya müraciət edilib. Onlara məsələnin araşdırılacağı bildirilib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbuata açıqlamasında bildirib ki, seçki prosesi yüksək səviyyədədir:

“Bütün proseslər yüksək səviyyədə həyata keçirilib. Biz imkan tapan kimi ən qatı müxalifət nümayəndələrinin namizədliyini qeydə almışıq”

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirir ki, Mərkəzi Seçki Komissiyası bütövlükdə Azərbaycanda seçkilərin ədalətli keçirilməsi üçün bütün lazimi tədbirləri görüb.

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

XS
SM
MD
LG