Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:09

İran Frankfurt Kitab Sərgisinə etiraz məktubu göndərib


Salman Ruşdi
Salman Ruşdi

- Yazıçı Salman Rüşdiyə qarşı köhnə ədavət aktuallaşır

14-18 oktyabrda keçiriləcək Frankfurt Kitab Sərgisinin builki spikeri Salman Rüşdi sərginin açılışını bildirən mətbuat konfransında çıxış edəcək.

İranın Mədəniyyət və İslami irşad nazirinin müavini Seyyid Abbas Salehi dünən İranda mətbuat konfransı keçirib, 2015-ci il Frankfurt Beynəlxalq Kitab Sərgisinin mətbuat konfransında Salman Rüşdinin planlaşdırılan çıxışına etiraz etdiklərini deyib.

Salehi deyib: "Frankfurt Kitab Sərgisinin səlahiyyətliləri tərəfindən planlanan bu proqram İran İslam Respublikası hökumətinin qırmızı xəttini keçən bir hərəkətdir.

İmam Xomeyninin bu mövzuyla bağlı verdiyi fətvanın dini bir ölçüsü var və o fətva heç zaman unudulmayacaq."

O, "Şeytan ayələri" kitabının adını çəkib. “Frankfurt bir mədəniyyət sərgisi kimi həmişə hörmətli, nüfuzlu sərgi olub. Builki sərginin sloqanı söz, ifadə azadlığıdır, amma belə görünür ki, bu hərəkət söz azadlığına yanlış yanaşmadır."

Salehi Frankfurt Beynəlxalq Kitab Sərgisinin səlahiyyətlilərindən Salman Rüşdinin çıxışını ləğv etmələrini istəyib.

Əgər çıxış ləğv olunmasa, İranın sözügedən nazirliyinin bu sərgiyə qatılma planlarını nəzərdən keçirəcəklərini deyib.

Xatırladaq ki, 1989-cu ilin fevralında İran lideri Ruhulla Xomeyni "Şeytan ayələri" romanına görə, yazıçı Salman Rüşdinin başına 3 milyon dollar pul qoymaqla ölüm fitvası çıxarmışdı. Həmin ilin iyun ayında Ruhulla Xomeyni vəfat etmişdi.

Müxtəlif ölkələrdə bu kitabı tərcümə və çap edənlərə hücumlar olub. 1998-ci ildə İran Britaniya ilə münasibətlərini düzəltməyə doğru bir addım atıb, 2005-ci ildə Əli Xamneyi fitvanı ancaq onu verən adamın yerinə yetirə biləcəyini, o adamınsa 1989-cu ildə vəfat etdiyini deyib.

XS
SM
MD
LG