Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:31

S.Rüstəmxanlı: "Bu, şüursuzluğun əlamətidi"


Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı

►"Avrasiya Birliyinə üzvlük təhlükəlidir"

"“Qarabağı Rusiya qaytaracaq” deyirlər. Qarabağı Rusiya işğal edib Ermənistana verib, hara qaytarır?"

Xarici işlər naziri Elmar Məmmədyarov xarici mətbuata deyib ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olması istisna deyil.

Rusiyanın layihəsi olan bu birliyə qoşulmaq Azərbaycanın müstəqilliyinə zərbə vura bilərmi?

Azərbaycanın Sovet imperiyasından ayrılması uğrunda milli hərəkatın liderlərindən olmuş Sabir Rüstəmxanlıyla bu suallara cavab axtarırıq:

- İqtisadi birlik adı altında köhnə SSRİ-nin bərpası nəzərdə tutulursa, əlbəttə, bura üzv olmaq təhlükəlidir. Yoxsa Avropa Birliyi kimi ticarət, əlaqələr, normal, bərabər, hüquqi münasibətlər məkanı nəzərdə tutulursa, burda mən təhlükə görmürəm. Yəni, əlbəttə, bu addım çox ciddi şəkildə təhlil olunmalıdır. Nəzərə almalıyıq ki, bizim qonşularımız hər yerdə olmaq, görünmək, bizim əleyhimizə işləmək üçün bütün vasitələrdən istifadə edirlər. Bunun qarşısını almaq üçün biz də mümkün yollardan istifadə etməliyik.

Buna da bax: Bakı polisini heyrətləndirən hind musiqiçi

- Belə başa düşdüm k, sizin bu quruma üzvlüklə bağlı qəti cavabınız yoxdur. Nə “hə” deyirsiniz, nə də “yox”.

- Şübhəsiz. Siz sual verdiniz, mən də... Mən bu haqda düşünməmişəm. Mən Avrasiya Birliyini türk birliyi kimi təsəvvür edirəm. Mən onu köhnə SSRİ çərçivəsində olduğu kimi yox, türk respublikalarının birliyi kimi təsəvvür edirdim. Əgər biz onu yarada bilsəydik... Təəssüf ki, o sahədə də ciddi uğurlarımız yoxdur. Bu barədə düşünmək lazımdır.

- Amma artıq Avrasiya İqtisadi Birliyi kimi qurum mövcuddur və Rusiyanın təşəbbüsü, dəstəyilə yaradılıb. Qərb, ABŞ bu qurum yaradılanda onu bölgədə sovetləşmənin bərpasına cəhd kimi qiymətləndirmişdi. Bu qurum bölgədəki ölkələrin müstəqilliyinə təhlükə kimi dəyərləndirilir və Azərbaycanın bunu bilə-bilə üzvlük haqda düşünməsi ölkənin gələcəyi üçün təhlükə deyilmi?

- Şübhəsiz ki, bu birliyə üzvlük təhlükəlidir. Rusiya bütün vasitələrlə Cənubi Qafqaza və Mərkəzi Asiyaya qayıtmaq istəyir. Ötən əsrdə Rusiyada bolşevizm, kommunizm ideyası, proletar inqilabı adı altında çarın tacını götürüb Leninin kepkasını qoydular və heç nə dəyişmədi. Əksinə çar Rusiyasının yerinə daha qəddar, daha amansız bir rejim gəldi. 1920-ci ildən 1921-ci ilə keçəndə Azərbaycan Rusiyaya birləşdirildi. İşğal söhbəti yox idi, amma bir ildə Azərbaycanın 48 min ziyalısının başı kəsildi, generallar diri-diri doğrandı. Bu tarixi, Rusiyanın Qafqazdakı oyunlarını bilənlər Azərbaycanın Avrasiya birliyinə üzv olmasına ehtiyatla yanaşmalıdırlar. Düzdür, dünya da dəyişib, təcrid olunub yaşamaq mümkün deyil. Hər halda, bu proseslər diqqətlə izlənilməlidir və müzakirə olunmalıdır. Mən sizin sualınıza birmənalı cavab verməkdə çətinlik çəkirəm. Rusiyayla kifayət qədər böyük əlaqələrimiz var, orda iki milyon soydaşımız yaşayır, bunları gözdən qaçırmaq olmaz. İkitərəfli münasibətlər qorunmalıdır. Amma başqa sual da var: “MDB-yə qoşulmuşuq, bu, bizə nə qazandırıb? Avrasiya qoşulmaq nə qazandıracaq? Belə ittifaqa qoşulmaq üçün şərtlər də, cavablar da çox aydın olmalıdır.

Buna da bax: “Polis serjantı Muxtarı sandıqqarışıq yandırdım”

Burda söhbət Avropaya əsir olmaqdan getmir. Avropa dəyərlərindən, Avropa fəlsəfəsindən gedir. O dəyərlər əslində bizim də min illər boyunca sevib yaşatdığımız dəyərlərdir. Azərbaycan o dəyərlərdən uzaq deyil. Ona görə də Avropa dəyərlərindən uzaq düşüb Rusiyaya meyl etməyimiz yenidən əsarəti qəbul etməkdir.

- Son zamanlar rəsmi Bakının Qərbdən uzaqlaşaraq Rusiyaya yaxınlaşdığı deyilir. İndi də ölkənin xarici siyasət idarəsinin başçısı Moskvanın əliylə yaradılan quruma üzvlüyü istisna etmir. Millət vəkili olaraq Azərbaycanin xarici siyasətindəki bu meyli necə dəyərləndirirsiz?

- Çox təəssüf ki, Azərbaycanda bu proses gedir. Mən dəfələrlə demişəm, müstəqillik qazanıldıqdan bəri Azərbaycanda on minlərlə uşaq rus məktəblərində oxuyur. Daha çox da məmur uşaqları oxuyur. Mən yazmışdım, bu uşaqlar ya Rusiya üçün böyüdülür, ya da Rusiyanın yenidən Azərbaycana qaytarılması haqda düşünülür. Heç kim də soruşmur ki, siz niyə uşaqlarınızı rus dilində oxudursuz? Uşaqların təhsil üçün böyük dövlətlərə oxumağa göndərilməsini başa düşmək olar. Amma bu kütləvi rus məktəbləri nəyə xidmət edir? Bizim içimizdə bir çoxları, qarışıq ailələrin, milli azlıqların çoxu Rusiya həsrətiylə yaşayır. Eləcə də , bu milləti sevməyənlərin böyük qismi. Çox təəssüf ki, müstəqil dövlətin qarşılaşdığı problemlər də insanlar üçün bəzən çətinliklər yaradır. Onu da başa düşürük. Amma küll halında 200 il ərzində baş verən o boyda zülmü, əsarəti, qırğınları, köçləri, 1937-ci ildən 1940-cı ilədək Azərbaycanda düşünən başıpapaqlıların qılıncdan keçirilməsini, bu faciələri görənlərin yenidən Rusiyaya meyl etməsi ağılsızlığın, şüursuzluğun, milli heysiyyatdan uzaq düşməyin əlamətidir. Təəssüf ki, illər keçdikcə bizim bəzi məmurlarımız dərs çıxarmaq, dünyadan öyrənməkdənsə, pis şeylərdən nəticə çıxarırlar: “Avropa filan işi elədi...” Burda söhbət Avropaya əsir olmaqdan getmir. Avropa dəyərlərindən, Avropa fəlsəfəsindən gedir. O dəyərlər əslində bizim də min illər boyunca sevib yaşatdığımız dəyərlərdir. Azərbaycan o dəyərlərdən uzaq deyil. Ona görə də Avropa dəyərlərindən uzaq düşüb Rusiyaya meyl etməyimiz yenidən əsarəti qəbul etməkdir. Bu da, ziyanlı bir şeydir. Çox təəssüf ki, bizim millət vəkillərinin, məmurların içində də bu meyl var. “Qarabağı Rusiya qaytaracaq” deyirlər. Qarabağı Rusiya işğal edib Ermənistana verib, hara qaytarır? Ermənistan özü Rusiya layihəsidir. Öz layihəsinin əleyhinə gedəcək? Bu, baş aldatmaqdır. Bir çox insanlarımız yaş artdıqca, müstəqillik tariximiz böyüdükcə, ağıllanmaqdansa təəssüf ki, geri gedirlər.

Buna da bax: İranın qadın futbol millisinin 8 üzvü kişi çıxdı

- Azərbaycanın müstəqilliyinin 25 yaşı da yoxdur. Bu unutqanlığın səbəbi nədir? Niyə dövlətin başında duranlar unutqan olublar?

- Təki 1990-cı ili unutmasınlıar. 1990-cı il qırğınını görən mən hərdən Şəhidlər Xiyabanına gedirəm. Görürəm bəziləri orda uşaqlarıyla rus dilində qırıldada-qırıldada gəzirlər. Heç olmasa, heysiyyatınız olsun! Bizim millətdə öz tarixindən dərs almaq, özünə hörmət, öz ləyaqətini qorumaq hissi azalıb. Biz bir-birimizə sevgimizi itiririk. Özümüzə, tariximizə, varlığımıza sevgimizi itiririk. Başqalarına təslim olmaq, dil tökmək, qulluq göstərmək, kölə psixologiyası peyda olur bu millətin ruhunda. Hardan gəlir, bilmirəm. Bəlkə bu da bir gizli oyundur?..

XS
SM
MD
LG