Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:22

"Oğluma həbsdə işgəncə verirlər"


İllüstrasiya
İllüstrasiya

►"Hər şeyin başında pul dayanır. Bizim isə imkanımız yoxdur."

12 il müddətinə azadlıqdan məhrum edilən və artıq cəzasının 11 ilini çəkmiş məhbus Elşən Paşayevin anası həbsxanada oğluna işgəncə verildiyin iddia edir.

Lida Mirzəliyeva deyir ki, oğlu Qobustan həbsxanasından 1 saylı cəzaçəkmə müəssisəsinə sentyabrın 19-da etap olunub:

“Cəmi 4 gündən sonra 4 məhbusun iştirakı ilə akt tərtib ediblər ki, guya oğlum cəzaçəkmə müəssisəsinin əməkdaşlarını döymək istəyib və buna görə cəza olaraq sentyabrın 23-də salıblar karserə”.

“HƏR ŞEYİN BAŞINDA PUL DURUR”

37 yaşlı Elşən Paşayev qəsdən adamöldürmədə təqsirli bilinib. Cəzasını 1 saylı cəzaçəkmə müəssisəsində çəkir.

Qobustan həbsxanası
Qobustan həbsxanası

O, 2015-ci ilin martında ağzını tikərək, aclıq aksiyasına başlamışdı. Həbsxanada məhbus haqlarının tanınmasını tələb edirdi. Martda qapalı iclas keçirilib və onun cəzasının çəkilməmiş hissəsini - 2 ilini Qobustanda qapalı rejimli həbsxanada çəkməsi qərar alınıb.

Elşən Paşayevin apellyasiya şikayətindən sonra 2 il endirilib 6 aya. Sentyabrın 19-da 6 ay tamamlanıb və o, yenidən etap olunub 1 saylı cəzaçəkmə müəssisəsinə. Məhbusun anası Lida Mirzəliyeva deyir ki, yenidən 1 saylı cəzaçəkmə müəssisəsinə qaytarılan kimi oğluna qarşı təzyiqlər başlayıb:

Gözlə

No media source currently available

0:00 0:04:31 0:00
Direct-ə keçid

“Lap əvvəldən problem ona görə yaşanıb ki, oğlum onların bəzi qanunsuz tələblərinə əməl etmir. Hələ biz bir neçə müddət öncə cəzanın çəkilməmiş hissəsindən azad olunma ilə bağlı müraciətimiz həbsxana rəhbərliyinin müsbət rəy verməməsinə görə təmin olunmadı. Çünki hər şeyin başında pul dayanır. Bizim isə imkanımız yoxdur. Mən dəfələrlə bütün aidiyyatı qurumlara müraciət etmişəm bizim işi ədalətli araşdırmırlar. Oğlumun günahsız həbsindən tutmuş həbsxanada qarşılaşdığı haqsızlıqlara qədər”.

OMBUDSMAN NÜMAYƏNDƏSİ HƏBSXANADA OLUB...

Lap əvvəldən problem ona görə yaşanıb ki, oğlum onların bəzi qanunsuz tələblərinə əməl etmir.

Lida Mirzəliyevə baş vermiş halın araşdırılması ilə bağlı hüquq-mühafizə və məhkəmə orqanlarına, eləcə də Ombudsman Aparatına da müraciət edib. Ombudsman Aparatının Milli Preventiv Qrupunun rəhbəri Rəşid Rumzadə AzadlıqRadiosuna deyib ki, sentyabrın 28-də vəziyyətlə yerində tanış olmaq üçün 1 saylı cəzaçəkmə müəssisəsində olub:

“Elşən Paşayev 15 günlük karserə salıb. Salınma səbəblərini əsaslandıran sənədlər arasında 4 nəfər şahid məhbusun da arayışı var. Amma biz həbsxana rəhbərliyinə öz tövsiyələrimizi verdik”.

Rəşid Rumzadə bildirib ki, bu məsələni nəzarətdə saxlayacaqlar.

Son günlər Qobustan həbsxanasında məhbusların etirazları ilə bağlı da xəbərlər gəlir. Hətta etirazları yatırmaq üçün bir neçə məhbusun döyüldüyü də deyilir. Rəşid Rumzadə bu barədə heç bir məlumatı olmadığını, amma bu günlərdə Qobustan Həbsxanasına səfər edəcəklərini söyləyib.

XS
SM
MD
LG