Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:18

Sumqayıt qatarı tələbələrə problem yaradır- [Video]


Bakı-Sumqayıt qatarının yeni hərəkət cədvəli...
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00

Bakı-Sumqayıt qatarının yeni hərəkət cədvəli...

►"Bir də görürsən, yarım saat gecikir. O gün saatyarıma gəlmişik".

"Artıq bu problem aradan qaldırılıb və qatarlar vaxtında çatır"

Bakı vaxtı ilə saat 12-nin yarısıdır. Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişdirildiyindən platformalar boşdur.

Yeni cədvələ görə, qatarlar Bakıdan 5:10-dan 7:50-yədək və 16:00-dan 19:50-dək, Sumqayıtdan isə 6:40-dan 9-a və 17:10-dan 20:30-dək hərəkət edəcək.

Hələ günortadan köhnə elanlara inanıb Sumqayıta getmək üçün gələnlər olsa da, ya qayıdır, ya da gündüz saat 4-dək gözləməyə məcbur qalırlar. Sərnişin:

“Vaxtı bir az geri çəksələr, yaxşıdır”

“Sumqayıtdan gələn qatarın vaxtını bir az geri çəksələr, yaxşıdır. Səhər saat 7-yə qalmış çıxır qatar. 6-da olsa, lap yaxşı olar. İşə vaxtında çatarıq”.

Saat 15:10-dur. Qatarlar artıq platformadadır. Sərnişinlər qatara minmək üçün bilet alır və platformaya keçirlər. Sumqayıt sakini Emma Səfərova deyir ki, qatarlar günorta saatlarında da işləsə, tələbələrə daha rahat olar:

“Qatarların iş qrafikindən məmnunam. Səhərlər uyğun saatlarda gəlir, amma tələbələrin çıxış saatında böyük bir problem var. Hamısı avtobuslardan istifadə edir, çünki qatar gündüz saat 4-də hərəkət edir. Məncə, saat 2 ilə 3 arasında da bir qatar getsə, çox yaxşı olar.”

Buna da bax: Tale Bağırzadə: "Bizi avtomatla qorxuda bilməzsiz"

Bakı-Sumqayıt qatarı
Bakı-Sumqayıt qatarı

Yenə dəqiqləşmə olacaq

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Nadir Əzməmmədov qrafikin dəyişdirilməsi məsələsini belə əsaslandırır:

“Əvvəl biz araşdırma aparırdıq ki, sıxlıq nə vaxt olur. Qatarı buraxandan sonra gördük ki, nəzərdə tutduğumuz sıxlıq alınmır. Ona görə hərəkət cədvəlində dəyişiklik etdik. Qoy adamlar sıxlıq vaxtı bu nəqliyyat növündən istifadə edə bilsinlər və qatarlar boş gedib, boş gəlməsinlər. Hələ dəyişikliklər olacaq, yəni sıxlığı tam aradan qaldırmaq üçün hərəkət vaxtı dəqiqləşdiriləcək və tədricən qrafik qaydasına düşəcək”.

Bəzi sərnişinlər qatarların Bakıdan Sumqayıta və əks istiqamətə hərəkəti zamanı gecikmələr olduğunu da deyir. Hər gün bu yolu getdiyini bildirən Yasin Rüstəmov qatarın mənzil başına vaxtında çatmamasından narazıdır:

“40 dəqiqəyə gəlməli olan qatar 50 dəqiqəyə gəlir. Bir də görürsən, yarım saat gecikir. O gün saatyarıma gəlmişik. Biləcəridə dayandı, dedilər, dispetçer buraxmır”.

Artıq saat 16:00-nı göstərir. Bu isə o deməkdir ki, qatar yola düşür. Sərnişinlər öz yerlərinə əyləşir, bələdçilər də qaydaya uyğun təlimatları səsləndirirlər...

Buna da bax: Kadyrov: "Məkkədə ölənlərə həsəd aparırıq"

Qatarın komfortlu olmağı...

Gecikmə hallarından narazı qalanlar olsa da, əksini düşünənlər də var. Sərnişin Atabəy Ağabəyli;

“Elə də gecikmə olmayıb indiyədək. 48 dəqiqə vaxt qoyublar, həmin vaxtda da gedib çatıb. İkinci dəfədir istifadə edirəm, birinci dəfə düz vaxtında çatıb”.

Bəziləri düşünür ki, qatarın komfortlu olmağı da vaxtın necə keçdiyini hiss elətdirmir.

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Nadir Əzməmmədov gecikmələrin artıq aradan qalxdığını deyir:

“Əvvəllər qrafik tam müəyyənləşmədiyindən gecikmələr olurdu. Artıq bu problem aradan qaldırılıb və qatarlar vaxtında çatır”.

Sürət hələ tam müəyyənləşdirilməyib...

...Və budur, 42 dəqiqədən sonra qatar Sumqayıtdadır. Bəlkə də qayıdanda daha tez və ya gec çatacaq. Axı hələ qatarın sürəti tam müəyyənləşdirilməyib.

Rəsmi açılışı sentyabrın 15-də olan Bakı-Xırdalan-Sumqayıt qatarında hər gün təxminən 30-35 min sərnişin daşınması planlaşdırılır. Daha sonra istifadəyə veriləcək dairəvi dəmiryol üzərində isə 23 stansiya və dayanacaq olacaq.

XS
SM
MD
LG