Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:30

Niyə bayramda yol qəzaları artır?


Qəza.
Qəza.

-

«Yeni Müsavat» qəzeti yazır ki, statistika bayram günlərində yol qəzalarının çox olmasını göstərir: «Statistik araşdırmalar göstərib ki, bayram günlərində baş verən qəzalar daha çox bayramın ilk və son günlərində pik həddinə çatır. Onların 52 faizi 12.00-16.00 radələrində yaşanır. Qəzaların 29 faizi maşının sürətini yol və hava şərtlərinə uyğunlaşdırmamaq, 21 faizi qovşaq və döngələrdə maşının sürətini azaltmamaq ucbatından yaşanıb. Yəni toplam qəzaların 50 faizi yüksək sürətdən qaynaqlanır. Səhv dönüş və ya manevr etmək qəzaların 15 faizinin səbəbidir».

Qəzet Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən yazır ki, 2010-cu ildə yol qəzalarında ölənlərin sayı 1 milyon 240 min olub, bu da 2000-ci illə müqayisədə azalma deməkdir: «Həmin cədvələ əsasən, Azərbaycanda hər il 100 min sakindən 13.1-i yol qəzasında ölür. Ermənistanda bu rəqəm 18.1, Gürcüstanda 15.7-dir. Qonşu Rusiyada 18.6, Türkiyədə 12.0, İranda isə 34.1-dir. Amma yaxın çevrəmizdə olmayan ölkələrdən bir fakt da göstərməyə dəyər: Almaniyada həmin göstərici 4.7-dir».

Cəmil Həsənli.
Cəmil Həsənli.

«BANDOTDEL» PROBLEMİN HƏLLİ DEYİL

«Azadlıq» qəzeti Milli Şuranın sədri Cəmil Həsənlinin müraciətini yayıb. O, müraciətində iş adamlarının və bir neçə bank işçisinin həbsinə toxunub:

«Vaxtilə yüksək faizlərlə alınmış kreditlərin qaytarılması doğrudan da təhlükə altına düşüb. Lakin biz əvvəllər də yazmışıq ki, ölkənin iqtisadi və maliyyə həyatına aid problemlərin «Bandotdel» vasitəsilə «həll edilməsi» ağır nəticələrə gətirib çıxarır. Əslində, iş adamları ilə yanaşı, orta məmur təbəqəsinin də bankların kredit asılılığına düşməsinin kütləvi hal alması ölkədə rüşvət şəbəkəsinin genişlənməsi ilə bağlıdır. Rayonlarda bir sıra idarə müdirləri, məktəb direktorları, xəstəxanaların baş həkimləri, ayrı-ayrı vəzifəli şəxslər «rüşvət krediti»nin ilgəyini boyunlarına keçiriblər. Bu vəziyyət uzun davam edə bilməz. Bu problemlərin optimal həlli tapılmalıdır».

Şəhriyar Məmmədyarov.
Şəhriyar Məmmədyarov.

ŞƏHRİYAR MƏMMƏDYAROV BU GÜN MARAQLI OYUN VƏD EDİR

«Dünən çox asanlıqla qalib gələ bilərdim. O cür şansı əldən verdikdən sonra bu gün (24 sentyabr) oynamaq çətin idi. Debütdə bu gün bir qədər qeyri-adi oynadım. Bu, xüsusi ilə Dünya Kuboku üçün hazırlanan bir gediş idi. Partiyanın gedişində anladım ki, vəziyyət elə də yaxşı deyil. Rəqibimin yalnız zamanı az idi. Karjakin də risk etmək istəmirdi. Ona görə ikimiz də düşündük ki, tay-brekə getsək yaxşı olar».

Qafqazinfo yazır ki, bunu Bakıda keçirilən şahmat üzrə dünya kubokunun 1/4 final mərhələsində oynayan azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov deyib. Şahmatçı bildirib ki, rəqibi ilə 50-dən artıq oyun keçirib: «Amma bu dəfə fərqli rapiddir. Sabahkı (25 sentyabr) görüşlərimiz daha dəyərlidir. Sabah maraqlı oyun olacaq. Sürətli şahmatda Sergey Karjakin 2012-ci ildə, mən isə 2013-cü ildə dünya çempionu olmuşam».

XS
SM
MD
LG