Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:23

“Çaxır içmisiz, pulunu verin”


Ukrayna prokurorları bildiriblər ki, onlar Krımda Putin və Berlusconi-ni 240 illik şəraba qonaq etmiş zavod direktoruna qarşı cinayət işi açacaqlar

Ukrayna prokurorluğu bildirib ki, Krım şərabçılıq zavodunda saxlanan 240 illik şərabı Rusiya prezidenti Vladimir Putin və İtaliyanın keçmiş baş naziri Silvio Berlusconi üçün açmış xanım Pavlenko-ya qarşı ittihamnamə üzərində işləyir.

Rusiya prezidenti və onun italiyalı qonağı ötən həftəsonunu ilhaq edilmiş Krımda keçiriblər.

İstehsal ili 1775

Prokurorlar iddia edirlər ki, bu səfər zamanı onlar məşhur Massandra şərab zavodunda olarkən yaşı 240 il olan şəraba qonaq ediliblər.

Prokurorluq bildirir ki, Massandra Rusiya tərəfindən Krımın ilhaqından əvvəl Ukrayna dövlətinin mülkiyyəti olub.

AzadlıqRadiosu Rusiya mediasına istinadən bildirir ki, Massandraya səfər zamanı qədim çaxırın dadına baxmağı İtaliyanın keçmiş baş naziri istəyib.

Şahidlər bildirirlər ki, bu xahişi eşitdikdən sonra Massandranın yeni Rusiya yönlü direktoru Yanina Pavlenko 1775-ci il tarixli “Jeres de la Frontera” şərabının tıxacını çıxarıb.

“Bunu içmək olar?”

Rusiya televiziyası ötən həftə Berlusconi-ni şərab zirzəmisində üstünü toz basmış şüşələrə baxarkən göstərmişdi.

Silvio Berlusconi Krım zirzəmisində çaxır axtarır
Silvio Berlusconi Krım zirzəmisində çaxır axtarır

Bu telesüjetdə müdir Pavlenko keçmiş baş nazirə ekskursiya bələdçiliyi edirdi.

Daha sonra sözü gedən repotajda İtaliya milyarderi üstündə 1891-ci il yazılmış şərab şüşəsinə baxıb ingiliscə soruşur “Bunu içmək olar?” Direktor suala müsbət cavab verir.

Həmin şərab şüşəsinin sonrakı taleyi barədə heç nə məlum olmasa da, Ukrayna prokurorları ortalıqda 1oo min dollarlıq mənimsəmənin olduğunu idda edirlər.

Bu şərablardan biri 50 min dollara satılıb

“Beş şüşədən biri olan bu şərab təkcə Krlımın yox, həm də bütün Ukrayna xalqının mülkiyyətidir”- deyə bildirib Krım prokurorunun müavini Nazar Kholodnytsky.

O deyib ki, içildiyi iddia olunan həmin şərabdan ikisi 2001-ci ildə Londonda hərraca qoyulub və onlardan biri 49 min 500 dollara satılıb.

Prokuror müavini deyib ki, o vaxt həmin pul Massandranın inkişafına xərclənib.

Krımın ilhaqına səs vermis zavod direktoru bundan əvvəl vətənə xəyanətdə ittiham olunurdu. İndi bu ittihamnaməyə mənimsəmə də əlavə olunub.

XS
SM
MD
LG