Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:14

Yerevanın son ümidi ölür


Ermənistan prezidenti Serzh Sarkisian KTMT-nın hərbi təlimlərində hərbçinin əlini sıxır – 2012.
Ermənistan prezidenti Serzh Sarkisian KTMT-nın hərbi təlimlərində hərbçinin əlini sıxır – 2012.

-

Ermənistanın siyasi dairələrinin fikrincə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Düşənbə sammiti göstərdi ki, Azərbaycanla münaqişədə Ermənistan öz ümidlərini bu təşkilata bağlamamalıdır.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, sentyabrın əvvəlində Ermənistan-Azərbaycan sərhədində bir neçə gün hərbi əməliyyatlar keçirildi. Qarşı tərəf hətta reaktiv raket artilleriyasından da istifadə etdi, yaşayış məntəqələrini atəşə tutdu və qurbanlar oldu.

SARKISIAN-IN ALOVLU ÇIXIŞINA CAVAB SÜKUT OLUB

Sentyabrın 16-da keçirilmiş sammitdə Serzh Sarkisian Ermənistan sərhədindəki gərginlikdən danışıb, təşkilatın digər üzvləri isə buna sükutla cavab veriblər. Hətta sammitin yekunlarına dair qəbul edilən bəyannamədə belə Azərbaycan-Ermənistan münaqişəsi xatırladılmayıb.

«Ermənistanın hərbi-siyasi rəhbərliyi həmişə özünə ümid bağlayır», - hakim Respublika Partiyasından olan deputat Vahram Baghdasaryan deyir: «Biz həmişə özümüzə ümid etməliyik. Amma hər halda beynəlxalq təşkilatlarla da hesablaşmalıyıq».

Alexander Arzumanian
Alexander Arzumanian

«İLLÜZİYALARDAN AZAD OLMALIYIQ»

KTMT sammitinin yekun sənədində deyilir ki, qurum üzləri fəal surətdə silahlanma yarışına qarşı çıxırlar.

Ermənistanın keçmiş xarici işlər naziri Alexander Arzumanian məəttəl qalıb: Rusiya və Belarus Azərbaycanı silahlandırır, Ermənistanı da silah yarışına dartırlar, sonra da bu cür bəyanat qəbul edirlər: «Bu bizi KTMK-nın nə vaxtsa Ermənistanın xeyrinə, Azərbaycanın strateji dostları olan üzv ölkələrin hansısa sərt qərar verə biləcəyi illüziyasından xilas etməlidir».

«ERMƏNİSTANDA HEÇ KİM BU TƏŞKİLATI CİDDİ QURUM SAYMIR»

«Miras» parlament fraksiyasının katibi Tevan Poghosyan hesab edir ki, Ermənistanda heç kim KTMT-ni ciddi qurum saymır. Onun fikrincə, KTMT olsa-olsa ucuz qiymətə silah əldə etmək imkanı verir və Azərbaycanda da bunu yaxşı anlayırlar. «Azərbaycan yaxşı bilir ki, sabah müharibə başlasa, orda təşkilatın ordusunu yox, erməni hərbçilərini görəcəyik və ən yaxşı alda bir bəyanat olacaq. Qurum tərəfindən, ola bilsin, Rusiyanın iştirakını görək. Belarus və Qazaxıstan prezidentləri elə Avrasiya İqtisadi Birliyi çərçivəsində daha çox Azərbaycanın mövqeyindən çıxış edirlər. Nə dəyişib ki, KTMT-də onlar başqa bir bəyanat versinlər?» – Poghosyan sual edir.

XS
SM
MD
LG