Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:50

Azərbaycan ATƏT PA-nın sessiyasına qatılmadı


Bahar Muradova
Bahar Muradova

Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirakdan imtina edib.

Milli Məclisdən APA-ya verilən məlumata görə, vitse-spiker Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti qurumun Ulan-Batorda keçirilən payız sessiyasına qatılmayıb.

Bahar Muradova bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçiriləcək parlament seçkisinə müşahidəçi göndərməmək barədə qərarından sonra ümumiyyətlə belə mənasız müzakirələrdə iştiraka lüzum yoxdur.

Amma bu, hazırkı dövr üçün verilən qərardır, növbəti toplantılara aidiyyəti yoxdur-deyə o vurğulayıb.

ATƏT PA-nın sentyabrın 15-də başlayan sessiyası bu gün başa çatır.

ATƏT-inDemokratik Təsisatlar və İnsan Haqları Bürosu sentyabrın 11-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi missiyası göndərməmək barədə qərar qəbul edib.

Azərbaycanda növbəti Parlament seçkisi noyabrın 1-də keçiriləcək.

XS
SM
MD
LG