Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:43

Azərbaycanı yarmarkaya dəvət edənlər tənqid olunur


Britaniya mətbuatı Britaniya hökumətini “dəhşətli insan haqları olan ölkələri” London Silah Yarmarkasına dəvət etdiyinə görə tənqid atəşinə tutub

“The İndependent” qəzeti yazır ki, Birləşmiş Krallıq Ticarət və İnvestisiya Departamenti nüfuzlu London Silah Yarmarkasına (Defence Security and Equipment International – DSEİ) bir sıra “dəhşətli insan haqları olan ölkələri” dəvət edib.

Məqalədə bildirilir ki, hökumət dəvətliləri arasında Azərbaycan, Qazaxıstan, Misir və Tayland kimi ölkələrin nümayəndələri də var.

Tənqiddən sonra dəvət?

Qəzet yazır ki, Azərbaycan bu yarmarkaya Britaniya Xarici İşlər Nazirlyinin bu günlərdə səslənmiş kəskin tənqidli bəyanatına baxmayaraq dəvət olunub.

Qazanc xatirinə repressiv rejimlərin nümayəndələri üçün qırmızı xalı döşənməməlidir

Xarici işlər nazirinin müavini David Lidington Azərbaycanı jurnalist Xədicə İsmayılovanı “sual doğuran ittihamlarla” məhkum etdiyinə görə kəskin tənqid etmiş və bildirmişdi ki, London bu ölkədəki insan haqları məsələsini qaldırmaq üçün hər bir fürsətdən istifadə edəcək.

Məqalədə Səudiyyə Ərəbistanı, Pakistan və Kolumbiyanın da bu yarmarkaya dəvət olunması pislənir.

Qəzet yazır ki, Britaniya şirkətləri təkcə 2014-cü ildə 8, 5 milyard funt sterlinqlik silah və 3, 4 milyard funt strelinqlik təhlükəsizlik avadanlığı ixrac edib.

Məqalədə deyilir 2013-cü ildə “işgəncə ləvazimatını reklam etdiyinə” görə iki şirkət yarmarkadan qovulub.

Hər iki ildən bir keçirilən mötəbər yarmarka sərfəli sövdələşmələrə imkan yaradır.

Diktatorlar üçün xalı döşəməyin

Lakin insan haqları kampaniyaçıları bidlirirlər ki, hökumət qazanc xatirinə repressiv rejimlərin nümayəndələri üçün qırmızı xalı döşənməməlidir.

Bu ölkələrə qarşı qanunsuz həbslər, ifadə azadlığına qarşı repressiyalar, işgəncə və qeyri-müəyyən müddətdə həbsdə saxlama kimi ittihamlar irəli sürülür

Silah Ticarətinə qarşı Kampaniya (Campaign Against Arms Trade) təşkilatından Andrew Smith deyir ki, bu il sərgiyə dəvət olunanların arasında çox sayda avtoritar rejim və diktatura nümayəndələri var.

Smith deyir ki, belə dəvətlər istər-istəməz bu cür rejimlərə siyasi legitimlik verir.

“The İndependent” yazır ki, 2013-cü ildə bu sərgiyə dəvət olunmayan Azərbaycan və Misirə bu dəfə dəvətnamələr verilib.

“Qazaxıstanı da əlavə etməklə bu ölkələr insan haqları pozuntularına görə tənqid olunurlar. Bu ölkələrə qarşı qanunsuz həbslər, ifadə azadlığına qarşı repressiyalar, işgəncə və qeyri-müəyyən müddətdə həbsdə saxlama kimi ittihamlar irəli sürülür” – yazır qəzet.

Dəvət Britaniyanın öhdəliklərinə ziddir

“The İndependent” xatırladır ki, Azərbaycanın avtoritar lideri İlham Əliyevi tənqid edənlərin arasında Britaniya hökumətinin özü də var.

Briraniya XİN-in bu yaxınlarda verdiyi bəyanatda dissident jurnalist Xədicə İsmayılovanın məhkum edilməsindən dərin narahatlıq ifadə olunub.

Briraniya XİN-in bu yaxınlarda verdiyi bəyanatda dissident jurnalist Xədicə İsmayılovanın məhkum edilməsindən dərin narahatlıq ifadə olunub.

Birləşmiş Krallıq Ticarət və İnvestisiya Departamenti tənqidlərə cavabında etiraf edib ki, insan haqlarının pozulmasına yol verən ölkələrin tədbirə dəvəti Britaniyanın beynəlxalq öhdəliklərinə ziddir.

Bununla yanaşı department bildirib ki, dəvət məsələsi birbaşa hökumətin kompetensiyasına aid məsələdir.

XS
SM
MD
LG