Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:23

ABŞ Xədicə Ismayılın həbsindən dərin narahatlıq ifadə edir


ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta
ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta

-

ABŞ hökuməti jurnalist Xədicə İsmayılın 7 il yarım müddətinə azadlıqdan məhrum edilməsi barədə məhkəmə qərarından dərin narahatlığını ifadə edir.

Xədicə İsmayılın azadlıqdan məhrum edilməsi barədə AzadlıqRadiosunun sualına cavabında ABŞ-ın Azərbaycandakı səfirliyindən bunları deyiblər:

“ABŞ hökuməti Xədicə İsmayılın məhkəmə prosesi və ona qarşı çıxarılan hökmdən dərin narahatlığını həm ictimai çıxışlarında, həm də şəxsi görüşlərdə ifadə edib.

Prezident İlham Əliyevin də bu yaxınlarda vurğuladığı kimi mətbuat azadlığı demokratik prinsiplərin ayrılmaz tərkib hissəsidir və onun pozulması Azərbaycanın maraqlarına ziddir.

Bütün fundamental azadlıqların təmin edildiyi mühitin yaradılması, Azərbaycanda görmək istədiyimiz parlaq, çiçəklənən və sabit gələcəyin vacib elementidir. Bu cür gələcəyi təmin etmək üçün ABŞ Azərbaycanla əməkdaşlığa sadiqdir və ümid edirik ki, hökumət Azərbaycanın potensialından tam istifadə edilməsi üçün lazımi addımlar atacaq.

Azərbaycan təhlükəsizlik sahəsində, o cümlədən də regional və qlobal enerji təhlükəsizliyi sahələrində ABŞ-ın çox vacib tərəfdaşıdır. Azərbaycanın bu istiqamətdə rolunu davam etdirməsi və özünün demokratik gələcəyini qurması üçün birlikdə işləməliyik” - deyə bəyanatda bildirilir.

Xədicə İsmayıl ötən ilin dekabrında həbs olunub. Bu il sentyabrın 1-də 7 il yarım azadlıqdan məhrum edib.

O Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib.

Jurnalist ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

XS
SM
MD
LG