Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:32

Bakıda «Erməni dili» kitabı çıxıb


-

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin hazırladığı “Erməni dili” adlı tədris vəsaiti nəşr edilib.

Trend-in məlumatına görə, tədris vəsaitinin müəllifi siyasi elmlər doktoru Hatəm Cabbarlı, redaktorları tarix üzrə fəlsəfə doktoru İsrafil Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Sərlan Həsənov, Söhbət Məmmədov və Tahirə Cabbarlıdır.

Vəsait 4 hissədən ibarətdir: Fonetika, Morfologiya, Söz yaradıcılığı və Sintaksis.

Naşirlərin fikrincə, bu kitab Azərbaycanın təhlükəsizliyinin təmin edilməsində, erməni tarixinin orijinal dildə oxunmasında, erməni iddialarına cavab verilməsində, erməni təbliğatının qarşısının alınmasında və Ermənistanın daxili siyasəti haqqında daha geniş məlumat toplamaqda informasiya mübarizəsi şəraitində işləyən Azərbaycan mütəxəssisləri üçün yeni imkanlar yaradır.

Erməni dilinin öyrənilməsi erməni tarixinə bələd olmaq, müəyyən məsələlərə aydınlıq gətirmək, hadisələri öyrənmək və dəyərləndirmək baxımından da əhəmiyyətlidir.

Kitabın içi
Kitabın içi

XS
SM
MD
LG