Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:40

Gerçəkliyin çox hissəsini görmürük biz


Shirazeh Houshiary
Shirazeh Houshiary

- Qonşu ölkələrin modern sənət axınları

Shirazeh Houshiary (Şiraz, 1955) - iranlı instalyasiya sənətkarı və heykəltaraşdır. İranı 1973-cü ildə tərk edib, Britaniyada yaşayır.

Onun sənət ideyaları Cəlaləddin Rumi və Sufizmdən qaynaqlanır, öz dediyinə görə. Ancaq bu qədimdən gələn ideyalar onun instalyasiyalarında və heykəllərində animasiya, baş-ayaq yolka kimi modern dünyaduyumunun ən müxtəlif şəkillərində büruzə verir.

"Biz üçölçülü hislərimizlə nə yaşaya biliriksə, mən onun kənarına çatmağa çalışıram, axı biz dünyanı məhdud görürük. Gerçəkliyin çox hissəsini görmürük biz" - xanım Houshiary öz sənətindən danışarkən deyir.

1994-cü ildə Turner Mükafatı qazanıb. 2008-ci ildən Londonun Trafalqar meydanındakı məşhur St Martin-in-the-Fields kilsəsi öz pəncərəsində onun əsərini sərgiləyir.

Nyu York Modern İncəsənət Muzeyi, Londondakı TATE Muzeyi, Lehmann Maupin Qalereyası də daxil olmaqla, işləri dünyanın bir çox dövlət və özəl qalereyalarında saxlanır.

Əsərlərindən nümunələrlə aşağıda tanış olmaq olar.

XS
SM
MD
LG