Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:51

Turalın anası "otboy" verdi...


Tural Mustafayev
Tural Mustafayev

.

“Ya yalan ifadə verməyə görə həbs ediləcəm, yda da dekabrda olduğu kimi MTN əməkdaşları tərəfindən oğurlanacam”.

Tural Mustafayev hazırda məhkəməsi gedən araşdırmaçı jurnalist Xədicə ismayıl işində əsas şahidlərdən biridir.

Onun adı iş üzrə zərərçəkən kimi keçir.

X.İsmayıl məhz onun şikayəti əsasında tutulub, onu guya intihar həddinə çatdırmaqda ittiham edilib.

Tural Mustafayev avqustun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahid qismində ifadə verməli idi.

Lakin onu nə məhkəmə zalında, nə də kənarda “gördüm” deyən olmadı.

Məhkəmə zalında Xədicə İsmayıl Turalın iştirakı olmadan prosesin keçirilməsinə etiraz edib. Bildirib ki, T.Mustafayevi hüquq-mühafizə orqanları tərəfindən saxlanması, ifadələrə məcbur edilməsi, hətta ona iynə vurulması, şantaj edilməsi haqda açıqlamalar vermişdi. İndi də ehtimal ki, onun başına nəsə iş gəlib, ona görə də zərərçəkmiş şəxs kimi təqdim edilən Turalın iştirakı olmadan ifadə verməyəcək.

“MƏN OĞURLANACAM”

Xədicənin məhkəməsi. Binanın önündə
Xədicənin məhkəməsi. Binanın önündə

Məhkəmə Tural Mustafayevin məcburi qaydada prosesə gətirilməsi barədə qərar qəbul edib.

Tural Mustafayev bir müddət öncə videomüraciət yayaraq təzyiq altında ifadə verdiyini, şikayətinini geri götürdüyünü bildirib və bəzi məsələlər aydınlıq gətirib.

T.Mustafayev Xədicə İsmayılın məhkəməsinin iyulun 24-də keçirilən hazırlıq iclasında da şahid qismində ifadə verməyə gəlmişdi. O, bildirmişdi ki, məhkəməyə gəlməsi üçün bir neçə gün zənglər, xəbərdarlıqlar alıb. Tural Mustafayev izləndiyini də söyləmişdi:

“Mən həqiqətləri deyəcəm. Bilmirəm necə olacaq. Ya yalan ifadə verməyə görə həbs ediləcəm, yda da dekabrda olduğu kimi MTN əməkdaşları tərəfindən oğurlanacam”.

Bunlar iyulun 24-də olanlardır. İndi isə durum başqadır. Tural Mustafayev şahid qismində ifadə vermək üçün məhkəməyə gəlməyib. Prosesə qatılanlarsa onun başına nəsə pis hadisə gəlməsindən, oğurlanmasından narahatdırlar.

Turalla əlaqə saxlamaq mümkün deyil.

Keçmiş nişanlısı da onunla əlaqə saxlaya bilmir, harda olmasından xəbərsiz olduğunu deyir.

TELEFONLAR SUSUR

Xədicə İsmayıl
Xədicə İsmayıl

Əvvəlcə Xədicə İsmayıldan şikayətçi olan, sonra da şikayətini geri götürən Tural Mustafayev hardadır sualı cavabsız qalıb.

AzadlıqRadiosu Tural Mustafayev haqqında məlumat almaq üçün onun anası ilə əlaqə saxlayıb. Lakin Nəzakət Mustafayevə sualı eşidən kimi dəstəyi asıb və daha telefona cavab verməyib.

Tural Mustafayev Facebookda sonuncu statusunu avqustun 3-də yazıb. O Xədicə İsmayılın həbsi məsələsinə toxunub:

“Həbslər üzərində karyera quranlar, Xədicənin həbsi çoxlarınızın əlini çörəyə çatdıracaq. Nə oldusa, Xədicəyə oldu. Zindanda onun canı çürüyəndə, siz otellərdə qlamur təlimlərdən fotolar paylaşıb spekulyasiya edəcəksiniz.

Doğrudan da kimlərsə təzyiqlərə məruz qaldı. Kimlərsə həbsdən canını qurtarmaq üçün danışıqlara getdi və real dəlilləri gizlətdi. Kimlərsə də hakimiyyət pulları və nümayəndələri ilə Mayamidə tətil keçirmək istədi. Əla, əla, əla…

Bir şeyi nəzərinizə çatdırım. Məni söyənlər, təhqir edənlər arasında elə həmin adamlar baş rolda idi. "Baş rolda" məni irəli vermişdilər, amma düşünmədilər ki, hər şey sona çatanda baş rolda özləri olacaqlar.”

AzadlıqRadiosunun məsələyə Daxili İşlər Naziriliyinin münasibətini öyrənmək cəhdləri uğursuz olub

XS
SM
MD
LG