Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:55

Tale Bağırzadə: "İndi böyük zindandayam" [video]


Tale Bağırzadə: Kiçik zindandan böyüyünə düşdüm
Gözlə

No media source currently available

0:00 0:09:29 0:00

Tale Bağırzadə AzadlıqRadiosuna danışır

-

“Bizi ayaq üstə saxlayan, bu mübarizədə güc verən Allah-Təaladır. İlk növbədə şükrümüz, təşəkkürümüz Allahadır. Həbsxana kiçik zindan idi, indi biz böyük zindana daxil olmuşuq. Azərbaycandakı mövcud durum bunu söyləməyə əsas verir ki, fərqi yoxdur Qobustan olsun, ya da digərləri, onlar kiçik zindandır. Ümumi kütlə isə böyük zindandadır. Qobustandan çıxdım, böyük həbsxanaya daxil oldum. Başqa bir hiss keçirmədim. Bu, Azərbaycanın real mənzərəsidir.”

Bunu AzadlıqRadiosuna həbsdən çıxan ilahiyyatçı alim Taleh Bağırzadə deyib.

"MÜBARİZƏ BÖYÜK ZİNDANDA DAVAM EDİR"

Taleh Bağırzadə bildirib ki, həbsdən çıxandan sonra da mübarizəni davam etdirəcək:

“Mübarizəmiz davam edir. Necə ki, həbsxanada davam edirdi, böyük zindanda da tam qətiyyəti ilə davam edir. Allahdan arzum budur ki, həbs olunanlar, hüquq müdafiəçiləri, xüsusilə qadınlardan Leyla Yunus, – demokratik baxışlı bir qadındır, xüsusilə islamçılar üçün o çox əziyyətlər çəkib, – onun tez zamanda azad olunmasını istəyirəm. Digər hicab məhbusları, Hacı Abgül, Hacı Mövsüm Səmədov, Hacı Nicat, İlqar Məmmədov, İntiqam Əliyev, digər adlarını çəkmədiyim məhbusların buraxılmasını istəyirəm. Onlar Azərbaycanda həddən artıq çoxdurlar. Ümumi Azərbaycan cəmiyyəti qapalı həbsxanadır. Onun daxilindəki kiçik həbsxanalarda dostlarımız əziyyət çəkirlər. Allahdan arzu edirəm ki, tez zamanda hamısı ilə birlikdə böyük zindanda çiyin-çiyinə mübarizə aparaq.”

"BAXIŞIMIZ DAHA DA MÖHKƏMLƏNİB"

Taleh Bağırzadə deyib ki, həbsə düşsə də fikirlərini dəyişməyib: “Həbs bizim üçün Allahın bir nemətidir. Həbsdə olan baxışımız daha da möhkəmlənib. Əgər zülm həbsə düşməmişdən 30 faiz idisə, indi 60 -70 faizdir”.

Taleh Bağırzadə 2013-cü il martın 31-də həbs edilmişdi. İlahiyyatçı qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunurdu və iki il azadlıqdan məhrum edilmişdi.
Daha sonra həbsdə olduğu müddətdə Taleh Bağırzadə Cinayət məcəlləsinin 317-1(cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanasında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi) maddəsi ilə də ittiham olunub. Onun kamerasından mobil telefon tapılıb.

Onun cəza müddətinə 4 ay da əlavə edilib. Hacı Taleh Bağırzadə iki il yarımlıq məhbus həyatından sonra azad edilib

XS
SM
MD
LG