Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:12

Təsəvvür edək, Azərbaycan Avropa Şurasından çıxdı...


Əli Kərimli
Əli Kərimli

-

Əli Kərimli: "Rejim özü-özünü təcrid edib"

“O qətnamələr bizim üçün kağız parçasıdır. Ona görə heç kim onları heç vaxt icra etməyəcək”.

Prezident İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin toplantısında belə deyib. Bununla da, beynəlxalq qurumların Azərbaycanda insan haqları, seçkilər və siyasi islahatlarla bağlı tələblərinin icra olunmayacağını açıqca bəyan edib. (Çıxış haqda ətraflı burda)

“REJİM ÖZÜNÜ TƏCRİD EDİB”

Dövlət başçısının çıxışına sosial şəbəkələrdə dərhal reaksiya gəlib. İlk reaksiya verənlərdən biri Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli olub. O “Facebook” səhifəsində yazıb:

“İlham Əliyevin Nazirlər Kabinetinin iclasında bugünkü çıxışı əslində etiraf çıxışıdır. Öz aləmində Avropa Şurasına, Avropa Birliyinə, Almaniyaya, bütövlükdə Qərbə qarşı “savaş” elan edən dövlət başçısı rəhbəri olduğu rejimin təcrid olunduğunu, hər tərəfdən təzyiqə məruz qaldığını, meydanda tək qaldığını faktiki olaraq etiraf etdi. “Müdrik xarici siyasət”, “balanslı xarici siyasət”, “uğurlu xarici siyasət” dövrləri artıq arxada qaldı. İndi iflas etmiş xarici siyasət dövrü başlayıb. Rejim özü-özünü təcrid edib".

“DİPLOMATİK ALVER ÜÇÜN İSTİFADƏ EDİLƏN İFADƏLƏRDİR”

Gözlə

No media source currently available

0:00 0:01:38 0:00
Direct-ə keçid

Şahin Hacıyev
Şahin Hacıyev

“Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev AzadlıqRadiosuna deyib ki, Azərbaycan iqtidarı Qərbin tənqidlərinə adətən sərt cavab versə də, ardınca Avropa qurumlarıyla yolunu ayıracaq qəti addımlar atmır.

Bu bəyanatlar daha çox daxili elektorata yönəlib.

“Bu bəyanatlar daha çox daxili elektorata yönəlib. Adətən bu cür eyni tipli münasibət Qarabağ konflikti ilə bağlı göstərilib. Daxildə deyilib ki, Azərbaycana qarşı haqsızlıq var, bizi tanımırlar, saymırlar və s. Həmsədrlər Azərbaycana gələn kimi bəyan edilib ki, onların fəaliyyəti ümumən bəyənilir, ancaq həmsədrlər də aktiv olmalıdırlar və s. Yəni bu, sözdür əslində. Təsəvvür edək, ölkə Avropa Şurasından çıxdı.

Bu, ölkənin imicinə ən güclü zərbə ola bilər. İnanmıram ki, bu cür sərt addımlar atılsın.

Sadəcə, bu danışıqlar vaxtı diplomatik alver üçün istifadə edilən ifadələrdir. Eyni vəziyyəti İranın beynəlxalq qurumlarla apardığı danışıqlarda görürük. İllərdir İran eyni şeyi təkrarlayır, əməkdaşlığın mümkün olmadığını deyir, ancaq bu gün məlum olur ki, razılığa gəliblər və sanksiyalar artıq qaldırılır”.

“AVROPAYA İNTEQRASİYA NƏZƏRDƏ TUTULUR”

Politoloq Ərəstun Oruclu prezidentin çıxışında bir məqama xüsusi diqqət çəkir:

Gözlə

No media source currently available

0:00 0:00:30 0:00
Direct-ə keçid

Ərəstun Oruclu
Ərəstun Oruclu

“Çıxışın sonunda İlham Əliyev dedi ki, “biz əməkdaşlığa hazırıq. Amma bizim dediyimiz şərtlər çərçivəsində, yəni heç kəs bizim işimizə qarışmasın, nəyisə diktə etməsin, istədiymiz kimi daxili siyasətimizi aparacağıq, eyni zamanda da inteqrasiya yönümlü əməkdaşlığa hazırıq”.

Əslində İlham Əliyevin demək istədiyi bu idi. O, demək istəyir ki, islahatlara getməyəcək. Ancaq bunsuz da mümkün deyil. Qərblə əməkdaşlığın konkret formatı, çərçivəsi, şərtləri var.

Burda həssas məqam, əsas narahatlıq doğuran buydu ki, ölkədə insan haqları, demokratik proseslərlə bağlı beynəlxalq reaksiyalar Azərbaycan hakimiyyətində ciddi narahatlıq doğurur”.

Ərəstun Oruclu deyir ki, digər tərəfdən Rusiyanın təzyiqləri və təhdidləri də hakimiyyətdə narahatlıq doğurur və nəhayət İranla “altılıq” arasında razılıq əldə olunmasının ilkin mərhələdə Azərbaycana neqativ təsiri ola bilər.

“Bu baxımdan da Azərbaycan hakimiyyətində, onun ən yüksək pilləsində Avropayla inteqrasiya nəzərdə tutulur, amma eyni zamanda dediyim kimi daxili məsələlərə toxunmamaq şərtiylə. Əslində İlham Əliyevin demək istədiyi bu idi. O, demək istəyir ki, islahatlara getməyəcək. Ancaq bunsuz da mümkün deyil. Qərblə əməkdaşlığın konkret formatı, çərçivəsi, şərtləri var”, - deyir Politoloq Ərəstun Oruclu.

XS
SM
MD
LG