Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:56

“Hökumət kreditlərlə bağlı təcili addım atmalıdır, yoxsa…”


-

“Bərdədə kredit borcuna görə baş verən intihar hadisəsi təkcə bir gəncin faciəsi deyil, həm də cəmiyyətin mövcud durumu üçün ciddi siqnaldır."

İqtisadçı ekspert Samir Əliyev Azərbaycanda bank sektorunun durumunu şərh edərkən belə deyil. Onun fikrincə, kredit götürən vətəndaşları intihar həddinə gətirib çıxaran çox amilləri var:

“Məsələn, kredit faizlərinin yüksək olması, müştərinin aldadılması və ya krediti ödəyə bilməyənlərin həbslə qorxudulması. Bütün bunların bir səbəbi var, kredit borcunu qaytarmaq mümkünsüzdür və adamlar çıxış yolunu intiharda görürlər. Bu hadisədə konkret bankı qatil qismində görənlər də az olmayacaq”.

Samir Əliyev müşahidələrinə əsaslanaraq deyir ki, Azərbaycanda insanlar əksər hallarda istehlak kreditini rifahını yaxşılaşdırmaq üçün deyil, hansısa problemi təcili həll etmək üçün götürürlər:

Samir Əliyev
Samir Əliyev

“Əlimyandıda kredit götürərkən insanlar heç faiz dərəcəsinə baxmır da və ya krediti götürməkdən başqa əlacı qalmır. Nəticədə də yüksək faizli kreditləri geri qaytarmaq problemə çevrilir. Hökumət bu barədə ciddi düşünməlidir. Təcili addım atmalıdır. Getdikcə kredit qurbanları arta bilər”.

Samir Əliyev problemin həlli yolları kimi aşağıdakıları tövsiyə edir?

· Kredit faizləri aşağı salınmalı

· Kredit şərtləri sadələşdirilməli

· Maliyyə ombudsmanı institutu təsis edilməli

· “İstehlak kreditləri haqqında” qanun qəbul edilməli

Samir Əliyevin müsahibəsini daha ətraflı buradan dinləyin.

Gözlə

No media source currently available

0:00 0:11:16 0:00
Direct-ə keçid

İyulun 8-də səhər saatlarında Bərdədə 23 yaşlı gənc özünü asıb. Onun banka olan kredit borcunu ödəyə bilmədiyindən intihar etdiyi deyilir.

Bu, Azərbaycanda ilk belə hal deyil. Bundan əvvəl də media kredit borcunu qaytara bilmədiyi üçün intihar edənlərdən yazırdı.

Natiq Cəfərli
Natiq Cəfərli

OCCRP təşkilatı iyun ayında Azərbaycan bankları ilə bağlı araşdırma dərc edib. Həmin yazıda deyilir ki, Azərbaycanda bank sektoru inhisara alındığından faiz dərəcələri yüksəkdir. Ölkədəki bank sektorunun 20 faizi Əliyevlərin, hardasa 40 faizi dövlətin nəzarətindədir.

İqtisadçı Natiq Cəfərli deyir ki, məhz ölkədə bank sektorunun inhisara alınmasından sadə vətəndaşlar əziyyət çəkir:

Xarici bankların Azərbaycana gəlib, işləməsinə imkan yaradılmır. Çünki xarici banklar Azərbaycana gələrsə, azad rəqabət bazarı olarsa, kredit faizləri aşağı olacaq.

"Xarici bankların Azərbaycana gəlib, işləməsinə imkan yaradılmır. Çünki xarici banklar Azərbaycana gələrsə, azad rəqabət bazarı olarsa, kredit faizləri aşağı olacaq. Bu da hegemon banklara xeyir etmir. Bundan da Azərbaycan əhalisi əziyyət çəkir. Azərbaycanda kredit faizi nəinki Avropa ölkələri, eləcə də qonşu ölkələrlə müqayisədə daha yüksəkdir".

Avropada istehlak kreditləri maksimum illik 10 faizlə verildiyi halda Azərbaycanda bu, 30-40 faiz arasında dəyişir.

İyulun 9-da Mərkəzi Bankın sədri Elman Rüstəmov bank təmsilçiləri ilə görüş keçirib. Həmin görüşdə bank sədri ölkədə kredit dərəcələrinin qaneedici olmadığını bildirib. Elman Rüstəmov deyib ki, ölkədə kredit faizləri aşağı salınacaq

XS
SM
MD
LG