Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:27

«Fikir ayrılıqları hələ də qalır»


Elmar Məmmədyarov: «Bu məsələni həll etməyin geci-tezi var. Bu baxımdan mən optimistəm»
Elmar Məmmədyarov: «Bu məsələni həll etməyin geci-tezi var. Bu baxımdan mən optimistəm»

Noyabrın 14-də Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçirildi. Azərbaycanın xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarov ermənistanlı həmkarı ilə apardığı danışıqlar barədə «Azadlıq» radiosunun əməkdaşı Kənan Kazımoğluna müsahibə verib.


-Hansı məsələlər müzakirə olundu?


-Moskvada həmsədrlərin irəli sürdüyü yeni təklifləri həm Parisdə, həm də Brüsseldə müzakirə etdik. Belə qərara gəldik müzakirələri davam etdirək. Həmsədrlər noyabrın 20-dən sonra Yerevana, sonra Bakıya gələcəklər. Həmsədrlər təklif etdilər ki, regiona baş tutacaq bu səfərdən sonra prezidentlər səviyyəsində görüş keçirsinlər. Mən Bakıya qayıdan kimi dövlət başçısına danışıqların gedişi barədə məlumat verəcəyəm və həmsədrlərin səfərindən sonra prezident görüşün olub-olmaması barədə qərar verəcək. Mən fikirləşirəm ki, prezidentlərin görüşməsi üçün imkan var. Belə ki, noyabrın 28-də Minskdə MDB dövlət başçılarının sammiti keçiriləcək və Azərbaycan tərəfi həmin görüşdə iştirak edəcəyini təsdiqləyib.


-Danışıqlarda fikir ayrılıqları yen də qalır…


-Bəli fikir ayrılıqları hələ də qalır, çünki çox həssas və çətin məsələlər var ki, o istiqamətdə danışıqları davam etdiririk. Bizim üçün vacib olan odur ki, niyyət nə yerdədir. Bizim torpaqlarımız işğal altındadır, bir milyona yaxın məcburi köçkünlərimiz var. Bizim üçün vacibdir ki, bu münaqişəni tez bir müddətdə həll edək, amma, istəyirik ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi birmənalı şəkildə təsdiqlənsin.


-Ermənistanın mövqeyində konstruktivlik hiss olunurmu?


-Son iki ildir ki, biz Praqa prinsipləri çərçivəsində danışıqlar aparırıq. Onlar Azərbaycanın mövqeyini başa düşürlər. İndi hansısa güclü irəliləyişin olduğunu demək tezdir. Bunun yalnız prezidentlərin görüşündən sonra söyləmək mümkündür.


-2006-cı ilin əvvəlində ATƏT rəhbərliyi, həmsədrlər, Amerika tərəfi çox optimist bəyanatlar verirdilər ki, bu il sülh danışıqlarında sıçrayış olacaq. Amma, ilin başa çatmasına az vaxt qalıb, hələ bir nəticə yoxdur. Sizcə bu optimizmin arxasında nəsə dayanırdımı?


-Bu o qədər həssas məsələdir ki, deyə bilmərik bunu mütləq bu il həll edəcəyik. Birinci növbədə gərək Ermənistanda başa düşsünlər ki, münaqişənin həlli onlar üçündə çox vacibdir. İkincisi, danışıqlar bu illə yekunlaşmır. Əgər siyasi qərar olarsa biz bu məsələni həll edərik. Bilirsiniz ki, Azərbaycan çox böyük inkişaf edir, hər il Azərbaycan güclənir. Bu baxımdan Azərbaycanın mövqeyi də güclənir. Bizə lazımdır ki, bu arqumentlərdə istifadə etməklə danışıqlar davam etdirək. Öz mövqeyimizi beynəlxalq ictimaiyyətə çatdıraq və biz bu kursu davam etdiririk. Bunun necə deyərlər geci-tezi məsələsi var. Bu baxımdan mən optimistəm.


-Kosovo variantından çox danışılır. Xavyer Solana «Azadlıq» radiosuna müsahibəsində bildirdi ki, hər bir konfliktin öz xüsusiyyəti, öz həlli var və burada standartlaşdırma aparmaq olmaz. Bu açıqlamaya münasibətiniz necədir?


-Mən Xayer Solana ilə tam razıyam. Bu tək onun mövqeyi deyil, beynəlxalq təşkilatlarda da bu fikirlər səsləndirilir və biz bununla razıyıq. Əgər hansı ki, politoloq bütün münaqişələrin həlli üçün eyni model təklif etsəydi o Nobel mükafatının birmənalı alardı. Çünki, hər münaqişənin öz tarixi, öz kökü, öz həll yolu var.


XS
SM
MD
LG