Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:26

«Müsavat» ordusu rusları necə tərksilah etdi


Azərbaycan ordusunun zabitləri (1918-1920)
Azərbaycan ordusunun zabitləri (1918-1920)

-

Ordunun bu yürüşü Lənkəran qəzasının və Muğanın Azərbaycana birləşdirilməsiylə başa çatdı...

««Müsavat» öz ordusunu necə qurmuşdu?».

80 il öncə belə başlıqlı məqalə dərc edən «Kommunist» qəzeti Azərbaycan Ordusunun istər mənəvi, istərsə döyüş qabiliyyəti baxımından heç bir dəyər daşımadığını iddia etmişdi. Qəti hökm təsəvvürü aşılayan bu iddiaya mühacir zabitlərin cavabı gecikməmişdi. AzadlıqRadiosu 26 iyun Milli Ordu Günü münasibətilə «Əfşaranlı» imzalı zabitin rus dilində yazdığı cavabın tərcüməsini, azacıq ixtisarla, diqqətinizə yetirir. Müəllif həmin cavabı mühacirətdə çıxan «Şimali Kafkasiya-Северный Кавказ» dərgisində dərc etdirib (1936-cı il, 22-ci say, səh. 23-25).

AZƏRBAYCAN ORDUSUNUN DÖYÜŞ QABİLİYYƏTİ

«Kommunist» qəzetinin 16 dekabr 1935-ci il tarixli sayında «yoldaş Eminbəyli» bolşevik işğalının (kommunist terminologiyasına görə, «aprel inqilabı»nın) 16-cı ildönümü münasibətilə Azərbaycan Milli Ordusu haqqında məqaləyə yer verib. Məqalə belə adlanır: ««Müsavat» öz ordusunu necə qurmuşdu».

Müəllif bu məqalədə boşuna çalışaraq, sübut etmək istəyib ki, «Müsavat» partiyasının ideologiyası Azərbaycan xalqına yad olub. Guya o hökumət və zabitləri əsgərlərin qayğısına qalmayıblar. Bu üzdən Azərbaycan Ordusu istər mənəvi, istərsə döyüş qabiliyyəti baxımından heç bir dəyər daşımayıb və bir sözlə, aciz olub.

Müəllif öz sübutlarını ordu quruculuğunun ilk mərhələsində rastlaşılan ufacıq və anlamsız epizodlarla əsaslandırır. Söhbət milli hökumətin Azərbaycanda ümumi hərbi mükəlləfiyyəti bərpa etməkdən ötrü ilk addımlarını atdığı günlərdən gedir. Söhbət 114 illik haqq məhrumiyyətindən sonra milli ordunu və onun parlaq ənənələrini diriltməyi hədəfləyən dövrdən gedir. Bu yerdə mütləq bildirilməlidir ki, çar hökuməti Azərbaycanı istila edəndən bəri, bütün Cənubi Qafqaz müsəlmanları kimi, azərbaycanlılar da hərbi xidmətə çağırılmır, əvəzində xüsusi vergi ödəyirdilər. Həmin səbəbdən milli hökumət və rəhbər «Müsavat» partiyası ordunu qurarkən daha ciddi əngəllərlə qarşılaşırdı. İ.Eminbəylinin göstərdiyi sənədlər nə deyir?

Bu yerdə mütləq bildirilməlidir ki, çar hökuməti Azərbaycanı istila edəndən bəri, bütün Cənubi Qafqaz müsəlmanları kimi, azərbaycanlılar da hərbi xidmətə çağırılmır, əvəzində xüsusi vergi ödəyirdilər. Həmin səbəbdən milli hökumət və rəhbər «Müsavat» partiyası ordunu qurarkən daha ciddi əngəllərlə qarşılaşırdı.

«YOLDAŞ» İ.EMİNBƏYLİ DEYİR Kİ...

№1. 1919-cu ilin fevralında, yəni Müsavat hökuməti formalaşarkən, Qazax qubernatoru Vəkilli daxili işlər nazirinə xəbər verir ki, Çaylı kəndi əsgər verməkdən boyun qaçırır. Qubernator ona da təəssüflənir ki, kənd sakinləri vətən qarşısında borc ödəməyin nə demək olduğunu bilmirlər. Bununla yanaşı, qubernator Çaylı kəndində təşviqatçıların olduğu barədə (əlbəttə, bolşevik təşviqatçılarının) məlumat verir və xahiş edir ki, şübhəli ünsürləri tutub, sakinlərdən təcrid etmək üçün əsgər göndərilsin.

№2. Bu məlumatı əsas götürən daxili işlər naziri hərbiyə nazirindən xahiş edir ki, Qazax qubernatorunun sərəncamına 100 əsgər versin.

№3. Qazax qubernatoru daxili işlər nazirinə teleqram göndərərək, təşviqatçıların həbs olunduğunu, onlardan bəzilərinin yaxalanarkən yaralandığını və əsgərlərin hələ də Çaylı kəndində qaldığını xəbər verir.

№4. Qubernator Vəkilli məlumat məktubunda bildirir ki, 3-cü sahə orduya təzə gələnləri elə də könüllü vermir.

№5. Qəza rəisi bildirir ki, Təngərit kəndinin sakinləri çağırışın ertələnməsini xahiş edirlər.

№6 və 7. Hərbi və mülki hakimiyyət qurumlarına Şuşa və Quba qarnizonlarında epidemiya olmasına dair məlumat verilir və bircə gün içində 6 əsgər öldüyündən, təcili tədbir görülməsi xahiş olunur.

Bütün bu xırda epizodları sadalayan müəllif patetik şəkildə yekun vurur: «Belə şəraitdə Müsavat ordusunun hansı mənəvi keyfiyyət və döyüş qabiliyyətinə malik olması tam aydındır».

«MİLLİ ORDUNUN DÖYÜŞ BACARIĞI OLMASAYDI...»

Bu cür yaltaq səylərə qapılan müəllif unudur ki, «Müsavat» partiyasının ideologiyası Azərbaycan xalqına yad olsaydı, hökumət və zabitlər əsgərlərin qayğısına qalmasaydı, nəhayət, milli ordunun döyüş qabiliyyəti olmasaydı, yaxın keçmişdə xalqımızın həyatında dövlət səviyyəsində baş verən bir sıra tarixi hadisənin izahı nədir?!

Bizim əsgər çar soldatından çox-çox yaxşı qidalanırdı. Onun 3 geyim dəsti vardı – ikisi gündəlik, biri də ehtiyat. «Yoldaş» Eminbəyli yəqin unutmayıb ki, 1920-ci ildə yarıçılpaq 11-ci sovet ordusu Azərbaycan Ordusunun ehtiyatları hesabına geyimə tələbatını ödədi.

Xalqa arxalanan, öz partiya ideologiyasına dayanan «Müsavat» çox asanlıqla 35 minlik avropasayağı təşkil olunmuş ordu qurdu. Bu ordunun yüksək döyüş qabiliyyəti və mənəvi keyfiyyətləri vardı.

Dönük Eminbəyli Azərbaycan Milli Ordusunun təmiz adına qara yaxan böhtan kampaniyasında yalnız və yalnız bütövlükdə ölkənin ovqatıyla uyuşmayan azönəmli epizodcuqlardan, tək-tük toqquşmalardan yararlana bilib. Bu onu göstərir ki, xalqımızın içində şüursuz ünsürlər çox azmış və «Müsavat» partiyasının təqdim etdiyi milli ideologiya Azərbaycanda böyük əksəriyyətin ideologiyasıymış.

«YARIÇILPAQ SOVET ORDUSU...»

Müstəqillik çağımızın şəraitini diqqətə alaraq, təsdiqləyirik ki, Azərbaycan xalqı öz milli ordusuyla qürur duyub. Təkcə zabitlər deyil, bütün xalq əsgərlərin qayğısına qalırdı. Bizim əsgər çar soldatından çox-çox yaxşı qidalanırdı. Onun 3 geyim dəsti vardı – ikisi gündəlik, biri də ehtiyat. «Yoldaş» Eminbəyli yəqin unutmayıb ki, 1920-ci ildə yarıçılpaq 11-ci sovet ordusu Azərbaycan Ordusunun ehtiyatları hesabına geyimə tələbatını ödədi.

Müsavat hökuməti və parlament hərbi nazirliyin büdcəsini müzakirəsiz qəbul edirdi. Azərbaycan Ordusunun gördüyü işlər onun yüksək döyüş gücü və mənəvi keyfiyyətlərindən xəbər verir. Milli Ordu yenidən doğulan Azərbaycanın sərhədlərini müəyyənləşdirib qoruyarkən dəfələrcə yüksək yurdsevərliyini və fədai özəlliklərini göstərib.

1919-cu ilin avqustunda – iki piyada və iki atlı diviziyası formalaşdırılandan sonra hökumət Azərbaycanın ayrılmaz hissələrinin ölkəyə birləşdirilməsinə qərar verdi. Söhbət Muğan və Lənkəranda gəlmə rus əhalisinə qoşulan rus sərhəd keşikçilərindən gedir. Onlar top, pulemyot, tüfəng və dövlətə məxsus atları təhvil vermək barədə hökumətin sərəncamına tabe olmurdular.

Lənkəran yürüşü bir ay sürdü. Yayın bürkülü olması hərəkəti son dərəcə məhdudlaşdırırdı. Bütün bunlara baxmayaraq, gündə 35-40 verst (1 verst təxminən 1 km 67 metrdir. Deməli, gündə 38-43 km-dən söhbət gedir-tərc.) irəliləyən gənc əsgərlər dözüm və mətanətləriylə zabitləri heyran qoyurdular.

1919-cu il avqustun 18-də 5-ci Bakı piyada alayının, 3-cü Şəki atlı və 2-ci topçu briqadanın tərkində olduğu dəstə qiyamçılara qarşı yürüşə çıxdı.

«RUSLAR TƏRKSİLAH EDİLDİLƏR...»

Həmin yürüşə qatılan alay komandirlərindən biri o günləri belə təsvir edir: «Lənkəran yürüşü bir ay sürdü. Yayın bürkülü olması hərəkəti son dərəcə məhdudlaşdırırdı. Bütün bunlara baxmayaraq, gündə 35-40 verst (1 verst təxminən 1 km 67 metrdir. Deməli, gündə 38-43 km-dən söhbət gedir-tərc.) irəliləyən gənc əsgərlər dözüm və mətanətləriylə zabitləri heyran qoyurdular».

Bu yürüş Lənkəran qəzasının və Muğanın Azərbaycana birləşdirilməsiylə başa çatdı. Rus sərhəd keşikçiləri tərksilah edildi. Zorakılıq və özbaşınalıqdan əziyyət çəkən əhali də sakitləşib toxdadı.

1919-cu ildə - oktyabrın ilk günlərində ordu hissələri daha bir və əvvəlkindən heç də az məsuliyyətli olmayan tapşırığı yerinə yetirməliydi. Bu dəfə Qarabağı sakitləşdirmək lazım idi. Burada bolşevik casusları milli hissləri körükləyir və Qarabağı anarxiya və dərəbəylik ocağına çevirmək istəyirdilər.

Azərbaycanın ordu tarixində «Zəngəzur yürüşü» adıyla tanınan bu döyüşlər zamanı düşmən tam mühasirəyə alındı. Bizim hücum hərbi nazirin əmriylə dayandırıldı. Qarabağda 1920-ci ilin martınadək sürən ötücü asayiş yarandı.

«ZƏNGƏZUR YÜRÜŞÜ»

Novruz Bayramı günü zabit və əsgərlərin bayram qeyd etmələrindən yararlanan erməni qiyamçılar Əsgəran Qalasına hücum çəkdilər və Əsgəran keçidini tutdular. Bu keçid Qarabağı Azərbaycanın qalan torpaqlarıyla birləşdirən yeganə yol idi.

Vəziyyəti təcili şəkildə əvvəlki halına qaytarmaq lazım gəldi. Bu məqsədlə Novruz Bayramının 2-ci günü general Səlimovun komandanlığıyla tərkibində 5-ci Bakı, 8-ci Ağdaş piyada alayları, 4-cü Quba piyada alayının bir batalyonu, 1-ci atlı tatar alayı, parlamentin 2 mühafizə eskadronu. 2-ci topçu briqadası və qısalülə top divizionunun olduğu dəstə Qarabağa üz tutdu.

Hücum ərəfəsində hərbi nazir general Mehmandarov döyüşə qatılacaq hissələrə baş çəkdi. Nazirin gəlişindən ruhlanmış zabit və əsgərlər, sanki təlimdəymiş kimi, hücuma keçdilər. İnsafən, düşmən də qeyri-adi dözüm göstərir, qanlı döyüş aparırdı. Ancaq axşam tərəfi qala alındı və sonrakı günlərdə Qarabağ başdan-başa qiyamçılardan təmizləndi.

Əsgəran altındakı döyüş 1920-ci il aprelin 3-də, səhər saat 6-nın yarısında başlandı. Əsgəran Qalasını, onun sağ və sol yanındakı dağları tutan düşmənə erməni çetelərinin məşhur hərbi təşkilatçısı Dro şəxsən rəhbərlik edirdi. Bizim kəşfiyyatın müəyyənləşdirdiyinə görə, həm qalanın içində, həm də ətraf yüksəkliklərdə düşmən çoxlu pulemyot yerləşdirmişdi. Qoşunlarımızın önündə ağır vəzifə vardı: qalanı və istehkamları frontal hücumla almaq lazım gələcəkdi.

Hücum ərəfəsində hərbi nazir general Mehmandarov döyüşə qatılacaq hissələrə baş çəkdi. Nazirin gəlişindən ruhlanmış zabit və əsgərlər, sanki təlimdəymiş kimi, hücuma keçdilər. İnsafən, düşmən də qeyri-adi dözüm göstərir, qanlı döyüş aparırdı. Ancaq axşam tərəfi qala alındı və sonrakı günlərdə Qarabağ başdan-başa qiyamçılardan təmizləndi.

Gənc Azərbaycan Ordusunun həyatından gətirdiyim bu faktlar müsavat əsgərini səciyyələndirən yüksək döyüş qabiliyyətini göstərmək üçündür. Bütün həyatını hərbçilər arasında keçirən, döyüşçülərinin qəlbini və dəyərini bilən, amma hər zaman bir hakim sərtliyini də itirməyən general Mehmandarov da öz əsgərlərini elə bu cür səciyyələndirib.

Üç qısa açıqlama:

1. Əfşaranlı (Afşaranlı) – Tədqiqatçı Vilayət Quliyev bu imzanın polkovnik İsrafil bəy İsrafilbəyova məxsus olduğunu düşünür. O öz iddiasını məqalənin mövzu və məzmun baxımından həmin polkovnikin yazdığı «Azərbaycan Ordusu haqqında xatirələr»lə üst-üstə düşməsiylə əsaslandırır.
2. «Yoldaş» Eminbəyli (İ.Eminbəyli) – İbrahim Eminbəyli (1894-1937). «Azərnəşr»in direktoru, Konservatoriyanın rektoru və «Kommunist» qəzetinin redaktoru olub. «Yoldaş» sözünün bir vaxtlar müsavatçı olmasına da, sonradan bolşeviklərlə işbirliyinə də eyhamdır.
3. Qubernator Vəkilli – İbrahim Vəkilli (Vəkilov – 1853-1934). Rusiya və Azərbaycanın hərbi xadimi, general-mayor olub. Cümhuriyyət dönəmində Gəncənin ilk general-qubernatoru çalışıb.

XS
SM
MD
LG