Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:47

Bakı kinoteatrlarında... elə bil Moskvadasan


Namiq Quliyev
Namiq Quliyev

-

“Xarici filmin Azərbaycan dilində nümayişi üçün ölkədə, azı, 50-60 kinoteatr olmalıdır”.

"Hollivudun filmini bir dəfə türkcə nümayiş etdirdik. Ancaq türkcə nümayiş işləmədi. Müştəri sayı nəinki artdı, əksinə azaldı".

AzadlıqRadiosunun oxucu poçtuna gələn bir məktubda kinoteatrlarda filmlərin rus dilində göstərilməsindən şikayət edilir.

Oxucu yazır ki, kinoteatra getməyi sevsə də, filmlərin rus dilində göstərilməsi onu ruhdan salır.

Bir neçə il əvvəl - prezident fərmanından sonra ölkə televiziyaları xarici filmləri, hətta yaxın dil sayılan türk kinolarını da Azərbaycan dilinə dublyaj etməyə başladı. Gözlənirdi ki, kinoteatrlar da tezliklə xarici filmləri tərcümə edəcəklər. Ancaq gözləntilər doğrulmadı. Bakıda yerləşən “Park Sinema” kinoteatrının direktoru Namiq Quliyev AzadlıqRadiosuna bunun səbəblərindən danışdı:

- Biz filmləri 4 dildə nümayiş etdiririk - Azərbaycan, rus, türk və ingilis dillərində. Xarici filmlər, indilik, rus dilində gedir. Niyə? Çünki onun dublyajını MDB ölkələri üçün Hollivud kinostudiyalarının özü edir. Bunu biz edə bilmərik, bahalı prosesdir. Üstəlik, Azərbaycan dilinə dublyaj üçün icazə almaq lazımdır.

- İcazəni kimdən almalısınız?

Məsələn, Hollivudun filmini bir dəfə türkcə nümayiş etdirdik. Ancaq türkcə nümayiş işləmədi. Müştəri sayı nəinki artdı, əksinə azaldı. Rus dilindəki kinoya baxmağa 100 nəfər gəldisə, türkcə dublyaja 5-10 nəfər baxdı...

- Hollivud kinostudiyalarından. Dublyajı burdakı studiya etməlidir. Studiyanınsa beynəlxalq sertifikatı olmalıdır. Sertifikat da beynəlxalq qaydalara uyğun gəlməlidir. Bir məsələ də var: Bakıdakı 4-5 kinoteatrdan ötrü dublyaj etmək çox baha başa gələr. Çünki dublyajın biri 30-40 min dolları aşır. Kinoteatrların sayı çox olarsa, azı 40-50-ni ötərsə, hə, onda bu xərci çəkərsən. Hollivud isə 3-4 kinoteatrdan ötrü film dublyaj etməyəcək, sərf etməz onlara. Onlar filmi rus dilinə dublyaj etməklə bütün MDB ölkələrinə satmaq imkanı qazanır. Rusiya daxil, Özbəkistan, Azərbaycan, bütün MDB ölkələrində, görün, nə qədər kinoteatr var. Söhbət minlərlə kinoteatrdan gedir. Məsələn, rus dilinə dublyaj edib, min nüsxədə elə o sayda da kinoteatra paylamaq mümkündür.

- Siz dublyaja görə pul ödəyirsiniz?

- Xeyr. Kinostudiya bizə hazır variantda göndərir. Ona görə də biz filmləri həm rus, həm də orginal, yəni ingilsi dillərində nümayiş etdiririk.

- Bəs Azərbaycan dilində subtitrlər necə, mümkündür?

- Subtitrlərlə də vəziyyət eynidir. Yəni bunun da xərci 25-30 min dollar edir. Xarici kinostudiya bunu edir, ancaq təsəvvür edək, mən subtitr istəsəm, demək, biz artıq hər dördüncü günü premyera nümayiş etdirə bilməyəcəyik. Bilirsiniz də, Bakıda bütün kinoteatrlar hər dördüncü gün dünya premyerası ilə eyni gündə film nümayiş etdirir. Hələ Azərbaycanda saat fərqinə görə premyera bir neçə saat tez olur. MDB və Avropa ölkələrində dördüncü günlər premyera günü sayılır.

Subtitrlə göstərsək, onda biz dialoq hissəsini alıb Azərbaycan dilinə çevirməliyik, sonra təkrarən kinostudiyaya göndərməliyik və digər texniki prosedurları da nəzər alsaq, filmi heç cür premyeraya çatdıra bilmərik. Bizim nümayişimiz, Türkiyədəki kimi, 2-3 həftə gecikəcək, bu zamansa kinoteatrın əhəmiyyəti itəcək. Bu müddətdə pirat nüsxələr yayılır, filmlər internetdə peyda olur, Youtube-a qoyulur. Bundan sonra tamaşaçı həmin filmə kinoteatrda baxmağa maraq göstərməz.

"Türkcə dublyajlı filmə baxmağa 5-10 nəfər gəldi”

- Namiq müəllim, bəs filmin rus dilində nümayişi tamaşaçıların sayına necə təsir göstərir? Bəlkə Azərbaycan dilində olsa, tamaşaçıların sayı artar?

Biz bütün yeni filmləri nümayiş etdiririk. Ancaq bizim tamaşaçılar komediya janrına daha çox maraq göstərirlər.

- Bunu sınamaq lazımdır. Məsələn, Hollivudun filmini bir dəfə türkcə nümayiş etdirdik. Ancaq türkcə nümayiş işləmədi. Müştəri sayı nəinki artdı, əksinə azaldı. Rus dilindəki kinoya baxmağa 100 nəfər gəldisə, türkcə dublyaja 5-10 nəfər baxdı...

- Hökumətdən kömək istəyə bilərsinizmi ki, Azərbaycan dilinə dublyaja dəstək versin?

- Əlbəttə, dəstək istərdik. Hollivud və Avropa filmlərini Azərbaycan dilində nümayiş etdirmək istərdim. Ancaq yenə deyirəm, bu zaman biz gecikəcəyik. İstər “Nizami” , istərsə “Park sinema” və ya “28 Sinema” filmin premyerasını gecikdirəcək və belə deyim, bununla kino mədəniyyətini boğacağıq. Yenə də deyirəm, kinoteatrların sayı çox olsa, vəziyyət dəyişə bilər.

- Məsələn, ölkədə nə qədər kinoteatr olsa, Hollivud studiyaları filmləri Azərbaycan dilinə də dublyaj edər və siz premyeraya gecikməzsiniz?

- Ölkədə, azı, 50-60 kinoteatr olsa, bu 50-60 nüsxə deməkdir, onda Hollivud kinostudiyaları Azərbaycan dilində dublyaja xərc çəkə bilər.

- Namiq müəllim, bir müşahidənizi bizimlə bölüşün, lütfən, Azərbaycan tamaşaçıları bu gün nəyə baxırlar?

- Biz bütün yeni filmləri nümayiş etdiririk. Ancaq bizim tamaşaçılar komediya janrına daha çox maraq göstərirlər.

XS
SM
MD
LG