Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:39

Yanğın qurbanı Fərəhin atası olanları belə xatırladı


Fərəh
Fərəh

.

Gözlə

No media source currently available

0:00 0:00:47 0:00
Direct-ə keçid

«Mən o məşhur Fərəhin atasıyam...».

Elnur Məhərrəmov özünü AzadlıqRadiosuna belə təqdim edir.

Mayın 19-da Azadlıq prospektində yanan çoxmərtəbəli binada həlak olan 15 nəfərdən biri də onun qızı iki yaş yeddi aylıq Fərəhdir. Faciə baş verən gün və daha sonralar Fərəhin fotoları sosial şəbəkələrdə çox paylaşıldı, çox danışıldı.

Elnur Məhərrəmovun 33 yaşı var, iqtisadçıdır, rayonların birində rabitəçi işləyir. Xanımı həkimdir, Bakıda çalışır. 2009-cu ildə ailə qurublar. Fərəh ailəyə gec gəlib, tez də «pərvazlanıb» gedib...

Elnur Məhərrəmov deyir ki, bundan sonra Azadlıq prospektindəki mənzilinə köçmək fikri yoxdur, xatirələrlə dolu evdə yaşaya bilməz.

Həyat isə qırıldığı yerdən davam edir. Xanımı Bakıda valideynləri ilə yaşayır, o, rayonda işini davam etdirir.

FƏRƏH ARTIQ DANIŞIRDI

Elnur Məhərrəmov deyir ki, Fərəh artıq ətrafda baş verənləri anlayırdı, cümlələr qururdu, danışırdı: «Mən bu xəbəri eşidəndə rayonda idim, qayıtdım Bakıya, birbaşa «Semaşko»ya getdim…».

Hökumət, başqa sakinlər kimi, onlara aylıq 500 manat ödəyir: «Qonşuların bir hissəsi pansionata köçdü.Bizim kimi ev tutmağa üstünlük verənlərə isə aylıq kirayə haqqı verilir».

CAMAATIN ÇOXU YANMADI, BOĞULUB ÖLDÜ

Elnur deyir ki, onun bildiyi qədər, sakinlərin narazılığı yoxdur, yanmış bina ilə bağlı qərargah yaradılıb və bütün məsələlərə vaxtında reaksiya verilir:

«Sadəcə istəyim budur ki, bəlkə kiçik maarifləndirici çarxlar çəkilsin, Fərəh də, camaatın çoxu da yanmadı, tüstüdən boğulub öldü. Neçəsi liftdə boğulub. Aydın məsələdir ki, belə vaxtda liftə girmək olmaz».

Sosial şəbəkələrdə şikayətlərdən biri də budur ki, yanğınsöndürənlər əraziyə vaxtında gəlməyiblər. Elnur Məhərrəmov deyir ki, o da bunu qonşulardan eşidib, amma hadisə yerində olmayıb deyə, bir söz deyə bilmir.

Qızını itirmiş ata deyir ki, baş verənlərə görə heç kimi günahlandırmaq istəmir: «Hökumətə nə deyə bilərəm, yəqin ki, bundan sonra tədbirlər görəcəklər. Amma kimisə günahlandırmaq… Bu, mənim gücümdə deyil».

XS
SM
MD
LG