Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:30

Xaricdə təhsil alan gənclər narahatdırlar


Yeni qanun dəyişikliyinə görə, yalnız müvafiq siyahıda olan xarici ölkə universitetlərində oxuyan gənclərə hərbi xidmətdən möhlət hüququ veriləcək.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik xaricdə oxuyan və oxumaq istəyən bəzi gənclər arasında narahatlıq yaradıb. Bu haqda AzadlıqRadiosuna gənclərin valideynləri məlumat veriblər.

Yeni dəyişikliyə görə, yalnız müvafiq siyahıda olan xarici ölkə universitetlərində oxuyan gənclərə hərbi xidmətdən möhlət hüququ veriləcək. Siyahıya daxil olmayan xarici universitetlərdə təhsil alanlara isə bu hüquq verilməyəcək.

Valideynlər deyirlər ki, həmin siyahı hələlik elan edilmədiyindən övladları üçün xaricdə universitet seçməkdə tərəddüd edirlər. Hazırda nazirliyin saytında yalnız "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulan universitetlərin siyahısı yer alır.

“SEÇİM İMKANLARI MƏHDUDLAŞDIRILIR...”

Bakı şəhər sakini Mahir Abdullayev AzadlıqRadiosuna ünvanlandığı yazılı müraciətdə bildirir ki, yaxın qohumu bu il orta məktəbi bitirir və dövlət proqramından kənar xaricdə təhsil almaq istəyir. O deyir ki, hazırda qeyri-müəyyənlik olduğundan qohumu üçün univerisitet seçməkdə çətinlik çəkirlər:

“Qardaşımın oğlu bu il attestatını aldıqdan sonra İngiltərə və Türkiyə universitetlərinə sənədlərini göndərmək istəyir. Qanuna yeni dəyişiklikdən sonra tərəddüd edirik. Çünki, hələ bilmirik, uşağın seçəcəyi universitetlər siyahıda olacaq, ya yox. Vaxt keçir, universitetlərin siyahısı da yoxdur hələ. Təhsil Nazirliyindən də konkret cavab vermirlər”.

Əgər təkcə xaricdə təhsil üzrə dövlət proqramına daxil edilən universitetlər olsa, gənclərimizin seçim imkanlarını məhdudlaşdırılmış olacaq.

“Qanuna dəyişiklik edilib, bunun izahatını vermək də rəsmilərin borcudur. İndi valideynlər, tələbələr haradan bilsinlər ki, "müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələri" hansılardır? Əgər təkcə xaricdə təhsil üzrə dövlət proqramına daxil edilən universitetlər olsa, gənclərimizin seçim imkanlarını məhdudlaşdırılmış olacaq. Tək biz deyilik. Çoxları bu cavabı gözləyir ki, qərarlarını müəyyənləşdirsinlər.”

“AYDINLAŞDIRSINLAR, İŞİMİZİ BİLƏK”

Mahir Abdullayev deyir ki, qohumlarının digər problemi də hazırda xaricdə təhsil alan övladları ilə bağlıdır:

“ Hal-hazırda dövlət proqramına daxil olmayan xarici universitetlərdə təhsil alan yüzlərlə tələbə var. Qardaşımın böyük oğlu da həmin universitetlərin birində oxuyur. Əgər, tərtib etdiləcək siyahıda həmin universitetlərin adı olmayacaqsa, bu tələbələrin taleyi necə olacaq? Yəni, onlar təhsilini yarımçıq qoyub hərbi xidmətə yola düşməlidirlər?

Milli Məclis
Milli Məclis

Bu suallara da aydınlıq gətirmək istəmirlər. Əgər belədirsə, həmin tələbələr köçürülmə üçün siyahıda olan universitetlərə müraciət edə bilərlər. Bu proses də adətən yay aylarında həyat keçirilir. Sonradan gec ola bilər. Buna da heç bir şərh vermirlər. Aydınlıq gətirsələr, insanlar da işlərin bilər”.

Təhsil Nazirliyindən valideynlərin narahatlığı ilə bağlı AzadlıqRadiosunun suallarına cavab almaq mümkün olmadı. Nazirliyin Xarici Əlaqələr şöbəsindən digər şöbə ilə əlaqə saxlamağı məsləhət görsələr də, təqdim olunan nömrədən gün ərzində zənglərə cavab vermədilər.

5 MİN LAZIMSIZ DİPLOM?

Mayın 29-da Milli Məclis “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edib. Dəyişiklikdə həmçinin xaricdə oxuyan tələbələrə hərbi möhlət verilməsi məhdudlaşdırılır. Bundan sonra yalnız "siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələri"ndə oxuyan tələbələrə bu hüquq veriləcək.

Dəyişikliyin müzakirəsi zamanı spiker Oqtay Əsədov bu sahədə qanunda boşluğun olduğunu bildirmişdi.

O qeyd etmişdi ki, bundan yararlanaraq hərbi xidmətdən yayınanlar var. Spikerin sözlərinə görə, 5 minə yaxın tələbə lazımsız təhsillə, diplom almaqla məşğul olub. Lakin o, həmin təhsil müəssisələrin adlarını çəkməyib.

XS
SM
MD
LG