Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:49

İpoteka krediti almaq çətinləşir


Arxiv fotosu
Arxiv fotosu

Manat və maaşlar dəyərdən düşdükcə, ipoteka kreditlərinin alınması müşkülə çevrilir.

Bakı sakini Sevinc Fədai təxminən bir öncə ailə qurub. Aylıq gəlirləri hardasa min manatdır. İpoteka kreditinin şərtləri ilə maraqlanmaq üçün banka müraciət edib. Amma şərtlərlə tanış olandan sonra başa düşüb ki, belə tezlikdə kredit ala bilməyəcək:

Gözlə

No media source currently available

0:00 1:00:00 0:00

“Çünki almaq istədiyin evin dəyərinin 20 faizini ilkin ödəniş kimi özün ödəməlisən, qalanını bank verir. Biz ilkin ödəniş üçün maksimum 10 min manat ödəyə bilərdik. Vergiləri çıxdıqdan və aylıq əməkhaqqımız ailə üzvlərimizin sayına, yəni 3 nəfərə bölünəndən sonra bildirdilər ki, bank yalnız 35 min manat verə bilər. O da Bakıda bu qiymətə ev tapmaq çətindi. Bu məbləğə yalnız topraq sahəsi ala bilərdik. Şərtlər bizə əl vermədi deyə, ipoteka krediti götürmək qərarından vaz keçəsi olduq”.

Vergiləri çıxdıqdan və aylıq əməkhaqqımız ailə üzvlərimizin sayına, yəni 3 nəfərə bölünəndən sonra bildirdilər ki, bank yalnız 35 min manat verə bilər. O da Bakıda bu qiymətə ev tapmaq çətindi.

Sevinc Fədai sonda əlavə edir ki, ipoteka kreditinin məqsədi gənc ailələrə dəstək olmaqdır:

“İlkin ödəniş faizi azalarsa, verilən maksimal məbləğ artarsa, biz bu dəstəyi hiss edə bilərik”.

İPOTEKA KREDİTİNİ KİMLƏR ALA BİLƏR?

Azərbaycanda ipoteka krediti 2006-cı ildən verilir. Maksimal məbləğ 50 min manatdır. Aldığınız evin 20 faizi ilkin ödəniş formasında ödənilməlidir, yerdə qalan məbləği – 50 min manatdan çox olmamaq şərtli ilə banklar ödəyir. İpoteka kreditləri maksimum 25 il müddətinə illik 8 faizlə verilir. Şəhid və məcburi köçkün ailələri, azı 3 il dövlət qulluqçusu işləyənlər və hərbi xidmətdə olanlar, elmlər namizədləri, bəzi idmançılar güzəştli kredit ala bilərlər. Güzəştli kreditlər maksimum 30 il müddətinə, illik 4 faizlə verilir.

İpoteka kreditlərini kimlər, hansı şərtlərlə ala bilər? Bu haqda daha ətraflı İpoteka Fondunun saytından tanış ola bilərsiniz.

http://www.amf.cbar.az/az/view/pages/10/kreditin-verilmesi-shertleri

9 İLDƏ 573 MİLYON MANAT…

2006-cı ildən bəri 16 min 855 nəfər ipoteka krediti alıb. Onların 3 min 681 nəfəri ipotekanı güzəştli şərtlərlə götürüb. Güzəştli kredit götürənlərin böyük əksəriyyəti, təxminən 80 faizi hərbi qulluqçular olub.

Ötən 9 ildə ipoteka kreditinə 573 milyon manat vəsait ayrılıb. İpoteka krediti alanların 57,3 faizi özəl, 43,7 faizi dövlət sahəsində çalışanlardır.

Krediti götürənlərin əksəriyyəti evlilərdir, 32,5 faizi subaylar.

İpoteka Fondunun 2015-ci ilin I rübünün sonuna olan məlumata görə, kredit alanların böyük hissəsini - 58,5 faizi 30-60 minlik evlər təşkil edib. Bunun ardınca 33,1 faizlə 60-90 minlik evlər gəlir.

İPOTEKA GÖTÜRƏNLƏRİN AYLIQ MAAŞI…

İpoteka Fondu hətta kredit götürənlərin aylıq maaşları üzrə də təsnifat aparıb. Ən çox kredit götürənlərin aylıq maaşı 1100 manatdan çox olub. İkinci yerdə 700-900 manat arasında maaş alanlar gəlir. Ümumi məlumatlardan görünür ki, kredit alanların təxminən 70 faizi 700 manatdan çox maaş alanlardır.

Deputat Zahid Oruc hesab edir ki, Azərbaycan dövlət büdcəsindən ipoteka üçün ayrılan vəsait artırılmalıdır.

"Hər il orta məktəbi 130 min şagird bitirir. Bu o deməkdir ki, bir neçə ildən sonra onlar evlənsələr, 65 min cütlük olur. İpotekaya ayrılan maksimal kredit 50 min manatdır. Bu o deməkdir ki, ayrılan 50 milyonla 65 min potensial ailənin cəmi mini kredit ala bilər. Məncə, bu vəsaiti artırmaq gərəkir".

2015-ci ilin dövlət büdcəsindən ipotekaya 50 milyon manat ayrılıb. Ötən il bu göstərici 40 milyon manat idi.

Krediti götürənlərin böyük əksəriyyəti Bakıda mənzil alanlardır. Bunun ardınca çox az faizlə Sumqayıt, Abşeron-Xırdalan, Gəncə Naxçıvan, Mingəçevir və digər şəhərlər gəlir.

XS
SM
MD
LG